Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şinzo Abe və onun siyasi irsinin Yaponiya üçün rolu

Şinzo Abe və onun siyasi irsinin Yaponiya üçün rolu

Tokio, 23 iyul, AZƏRTAC

Yaponiya hökuməti cari ayın 8-də parlamentin yuxarı palatasına seçkilərlə əlaqədar təşkil edilmiş küçə mitinqində çıxış edərkən qətlə yetirilmiş sabiq Baş nazir Şinzo Abenin sentyabrın 27-də dövlət səviyyəsində dəfni barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, həmin mərasim II Dünya müharibəsindən sonra sabiq Baş nazirin dövlət səviyyəsində keçirilən ikinci dəfn tədbiri olacaq. Buna qədər belə bir mərasim yalnız bir dəfə, 1967-ci ildə sabiq Baş nazir Şiqeru Yoşida vəfat edərkən təşkil olunub.

Bu qətli ölkənin sosial siyasətində yol verilən səhvlərin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Fikrimizcə, bu, istənilən cəmiyyətdə baş verə biləcək həyatdan incik fərdin təəssüf doğuran hərəkəti hesab edilə bilər. Bununla yanaşı, baş verən hadisə Yaponiya üçün Ş.Abe irsinin öyrənilməsi tələbini aktuallaşdırır. Vurğulamaq yerinə düşər ki, Narada odlu silahdan atəş açmaqla törədilən qətl yalnız pasifist Yaponiyada deyil, həm də COVID-19 pandemiyasının və Rusiya ilə Ukrayna arasında yaranan gərginliyin baş verdiyi qeyri-sabit dünyada müəyyən həyəcan dalğasının yaşanmasına səbəb oldu.

Bəs gözlənilməz qətli yalnız Yaponiyada deyil, həm də bütün dünyada böyük heyrətlə qarşılanan, ölkə tarixinə ən uzun müddət - səkkiz il səkkiz ay hökumətə başçılıq etmiş Baş nazir Şinzo Abe özündən sonra bu Gündoğar ölkəyə hansı irsi qoymuşdur? Hazırda bu suala yapon analitiklərlə yanaşı, xarici mütəxəssislər də cavab verməyə çalışırlar.

Əvvəla qeyd edək ki, ölkə tarixinə “siyasət şahini” kimi düşən Şinzo Abe Yaponiya tarixində mühüm rol oynamış siyasi sülalənin nümayəndəsidir. Belə ki, onun babası Nobusuke Kişi ölkənin Baş naziri, atası Şintaro Abe isə xarici işlər naziri olub. Şinzo Abeyədək ölkənin ən uzunmüddətli Baş naziri rekordu məhz onun atasının əmisi Eysaku Satoya mənsub idi. Bütün bunlar Ş.Abenin həqiqətən də Yaponiya cəmiyyətinin elitar təbəqəsinə mənsubluğunu, bu ölkənin siyasi həyatında aparıcı rol oynamış nəslin nümayəndəsi olduğunu bir daha təsdiq edir. Həmçinin Ş.Abe Yaponiyanın müharibədən sonrakı tarixində, 2006-cı ildə 52 yaşında Baş nazir seçilən ən gənc siyasətçisi idi. Doğrudur, həmin vaxt həm ölkə daxilində, həm də beynəlxalq alımdə baş verən proseslər, bununla yanaşı səhhətində yaranan problemlər onun rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın (LDP) cəmi bir ildən də az müddətdə, 2007-ci ildə parlamentin yuxarı palatasına keçirilən seçkilərdə ağır məğlubiyyətinə səbəb oldu və o, istefa verdi. Lakin Ş.Abenin 2012-ci ilin dekabrında başlanan ikinci hakimiyyət dövrü onun qətiyyətli siyasəti və uğurları ilə ölkə tarixinə düşdü. Belə ki, həmin seçkilərdə rəhbərlik etdiyi LDP-nin inamlı qələbəsinə nail olan Ş.Abe 2020-ci ilədək olan dövrdə partiyasının Yaponiya parlamentinin həm aşağı, həm də yuxarı palatasına keçirilən altı ardıcıl seçkidə böyük üstünlük qazanmasını təmin etdi.

2020-ci ildə, hakimiyyətdə olmasının ikinci müddətinin sonlarında Ş.Abe Yaponiyanın müharibədən sonrakı tarixində ən uzunmüddətli Baş naziri statusunu qazandı. 2012-ci ildə başlanan həmin dövrədək olan 25 il ərzində Yaponiyada 17 Baş nazir dəyişmişdi. Yalnız Zyuniçiro Koizumi hökumətə 3 ildən bir az çox başçılıq etmişdi. Yaponların bu təcrübəni nəzərə alaraq sabitliyə can atması tamamilə başa düşüləndir və doqquz ilə yaxın bir müddətdə hakimiyyətdə qalmağı bacaran Ş.Abe bunu edə bilmişdi.

Şərq-Qərb Mərkəzindən olan Çarlz Morrison qeyd edir ki, məhz buna görə Ş.Abenin qətlindən qısa bir müddət sonra dünya liderlərinin onun ölümünə göstərdiyi diqqət və yapon xalqının parlamentin yuxarı palatasına keçirilən seçkilərdə kütləvi şəkildə LDP-ni dəstəkləməsi bu etimadın böyüklüyünü təsdiq edir.

Ş.Abenin siyasəti onun siyasi konservatizmlə praqmatizm arasında incə balansı saxlamaq bacarığı ilə xarakterizə edilir. Onun böyük uğurla tətbiq etdiyi “abenomika” bu praqmatizmin əsasını təşkil edirdi və onun səmərəliliyini seçkilər zamanı qazanılan uğurlar təsdiqləyirdi.

İkinci dəfə hökumətə rəhbərlik etməyə başlayan Ş.Abe hakimiyyətinin ilk günlərindən iqtisadi inkişafa xüsusi diqqət yetirirdi. 1950-1980-ci illərdə qazanılan böyük iqtisadi uğurlar “itirilmiş onilliklər” adlanan 1990-cı illərdə xroniki deflyasiyanın davam etdiyi iqtisadi süstlüklə əvəz olunmuş, Yaponiyada ümumi daxili məhsul istehsalı sıfır səviyyəsinə düşmüşdü. İqtisadi durğunluğun davam etdiyi bir dövrdə hakimiyyətə gələn Ş.Abe “üç ox” adlanan planının həyata keçirilməsinə başladı: pul-kredit (monetar) siyasətinin yumşaldılması, fiskal stimul yaradılması və struktur islahatları. Bəzi tənqidçilər “abenomika”nı özündən sonra böyük dövlət borcu yaradan siyasət kimi qismən uğurlu hesab etsələr də, bu siyasət həm də müəyyən ümidlərin yaranmasına səbəb olmuşdu. Belə ki, məhz həmin siyasət nəticəsində ölkədə istehlakçı inamı və milli iqtisadi perspektivlərlə bağlı göstəricilər yüksəlmişdi. Yaponiyada xroniki deflyasiyaya qarşı yönəlmiş “abenomika” siyasəti nəticəsində üç ildə “Nikkei Stock Average” indeksi iki dəfə artmış, ölkədə işsizliyin səviyyəsi iki dəfə azalmışdı. “Nikkei Asia” nəşrinin məlumatlarına əsasən, Ş.Abenin Baş nazir vəzifəsində olduğu 2012-2020-ci illərdə Yaponiyada iş yerlərinin sayı 4,3 milyon və ya 7 faiz artmış, nəticədə işsizliyin səviyyəsi 4,3 faizdən 2,2 faizə enmişdi.

1995-ci ildən başlayaraq əmək qabiliyyətli əhalinin sayının sürətlə azaldığı və immiqrasiyanın hələ də ciddi şəkildə məhdudlaşdırıldığı Yaponiyada işçi qüvvəsinin xroniki çatışmazlığını aradan qaldırmaq üçün Ş.Abe yeganə mümkün vasitə olan qadın işçilərə və yaşlı insanlara üstünlük verilməsinə nail ola bildi. Qadınların əmək bazarında sayını artırmaq üçün o, 2013-cü ildə özünün “qadınomika” proqramının icrasına başladı. Bu proqramın məqsədi uşaqlara qulluğun genişləndirilməsi və qadın əməkdaşlar üçün vəzifələrin təsis olunması yolu ilə qadınların işə cəlbini stimullaşdırmağa yönəlmişdi. Ş.Abenin hakimiyyətdə olduğu illərdə qadınlar üçün iş yerlərinin sayı artmış, yeni yaradılan 4,3 milyon iş yerindən 3 milyonu məhz onlara nəsib olmuşdu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına görə, 2012-2020-ci illərdə Yaponiyada qadın işçi qüvvəsinin payı 63 faizdən 73 faizə qalxmışdı. Bu, dünya üzrə ümumi orta göstəricidən 65 faiz çoxdur.

Lakin hazırda dünya qiymətlərində baş verən sıçrayış bir çoxlarını “abenomika”ya yenidən baxmağa təhrik etdi. Proqramın əsaslandığı qeyri-ənənəvi pul-kredit siyasətinin yumşaldılması ABŞ və Yaponiya arasında faiz dərəcələrində böyük fərqin yaranmasına, bu isə milli valyuta olan yenin dəyərini itirməsinə səbəb oldu. Buna görə də hazırda Yaponiyada bəziləri “abenomikaya” ağır bir miras kimi baxırlar. Konservatorların dəstəklədiyi digər siyasətçilər isə struktur islahatları ilə bağlı bəndin Ş.Abe Baş nazir vəzifəsini tərk etdikdən sonra əhəmiyyətini itirdiyini bildirirlər.

Bu gün Yaponiyada deflyasiya artıq yoxdur, COVID-19 pandemiyası və Rusiya Ukrayna arasındakı gərginlik nəticəsində bütün dünyanın inflyasiya ilə mübarizə apardığı bir dövrdə istehlak inflyasiyası burada 2 faizdən bir az çoxdur. Hazırda ölkənin iqtisadi vəziyyəti özünün “yeni kapitalizm” adlandırdığı proqramı ilə meydana çıxan yeni Baş nazir Fumio Kişidanın idarəetməsindən asılı olacaq. Son seçkilərdən sonra iyulun 11-də qələbə çıxışı edən Baş nazir “abenomika”nın siyasi irsinə söykənərək, əsasən elmə və innovasiyalara fərdi və dövlət investisiyalarını artıraraq dayanıqlı və inklüziv iqtisadiyyat yaratmağa çalışacağını vəd edib.

“The Ekonomist” nəşri Ş.Abenin əsas uğurunu Yaponiyanı müstəqil qlobal güc kimi dirçəltmək kimi xarakterizə edir. Qeyd edir ki, Ş.Abenin hakimiyyətdə olduğu illərdə Yaponiya regional siyasi və iqtisadi tərəfdaşlığı bərpa edə bildi. Vurğulayır ki, “azad və açıq Hind-Sakit okean regionu” (FOIP) adlanan “Hind-Sakit okean regionu” konsepsiyasının təməlini məhz Ş.Abe qoydu və bu konsepsiya ABŞ tərəfindən inkişaf etdirilərək Yaponiya, Hindistan, Avstraliya və ABŞ-ın qatıldığı “dördlük” (QUAD) konsepsiyasına çevrildi. Ş.Abe hökumət başçısı olduğu illərdə əvvəllər ABŞ-ın rəhbərlik etdiyi, lakin D.Trampın hakimiyyətə gəlişindən sonra bu ölkənin çıxdığı azad ticarət barədə Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasına rəhbərlik etdi. Yaponiya, həmçinin Çinin də qatıldığı Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq və ASEAN iqtisadi təşəbbüsünə də qoşuldu.

Bəzi analitiklərin rəyinə görə, Yaponiya Baş nazirlərinin əksəriyyəti rəhbərlik etməkdən daha çox bunun imitasiyasını yaratmağa çalışırlar. Ş.Abe ona qədər hakimiyyətə rəhbərlik etmiş Yasuhiro Nakasone və Zyuniçiro Koizumi kimi Yaponiyanı millətçi dövlət olaraq yox, daha çox normal ölkə olaraq tanıtmağa çalışırdı. Bu baxışı davam etdirərək o, hökumətdə əlaqələndirməni dəyişərək Milli Təhlükəsizlik Şurasını yaratdı. Ölkə Konstitusiyasını interpretasiya edərək müdafiə xərclərini artırdı və bununla ölkənin təhlükəsizlik sahəsində rolunu gücləndirdi.

Bəzi analitiklər Yaponiyanın hərbiləşdirilməsinin bərpasından narahatlığını ifadə edərək bunun Çin və Şimali Koreya tərəfindən müvafiq reaksiya doğuracağından ehtiyatlanırlar. Qeyd edirlər ki, bu, Avropada Rusiya-Ukrayna arasındakı gərginliyi təşviq etdiyi kimi, Asiyada da təhlükəsizlik dilemması yarada bilər. İstənilən halda, son seçkilərdə onun partiyasının böyük üstünlük qazanmasını əsas olaraq götürən digər analitiklər müharibədən sonrakı Konstitusiyada Ş.Abenin arzuladığı dəyişikliklərin həyata keçirilməsi üçün yaranan şəraiti onun irsinin ən parlaq perspektivi kimi göstərirlər.

Göründüyü kimi, Ş.Abenin hakimiyyət illərinin həm Yaponiya, həm də beynəlxalq aləm üçün oynadığı rol barədə hələ çox təhlillərə və qiymətləndirmələrə ehtiyac var.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub