Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sıravi Haqverdiyevin nakam qalmış arzuları

Bakı, 22 iyun (AZƏRTAC). Düz 70 il əvvəl Avropa ölkələrinin vətəndaşları dünyanın müxtəlif ölkələrində bir çox insanın taleyində məşum rol oynamış xəbər eşitdilər. İyunun 22-də gündüz saatlarında o vaxtlar sovet şəhərlərinin küçələrində olan reproduktorlardan Almaniya qoşunlarının SSRİ ərazisinə hücum etməsi və müharibənin başlanması haqqında məlumat oxuyan Yuri Levitanın aydın gur səsi ətrafa yayılmışdı. Onda heç kəsin ağlına gəlməzdi ki, bəşəriyyətin bütün tarixi ərzində bu ən dəhşətli müharibə hələ dörd il davam edəcək, on milyonlarla insan həyatına son qoyacaq və onu Böyük Vətən müharibəsi adlandıracaqlar.

Keçmiş SSRİ-də az ailə tapılar ki, bu müharibənin ağrı-acısını dadmasın. Hazırda adiləşmiş bu ifadənin arxasında bir çox xalqların və insan talelərinin faciəsi dayanır. İkinci Dünya müharibəsinin əsas günahkarlarının adlarını Nürnberq prosesi sadalamışdı. Lakin müharibə haqqında, onun qəhrəmanları haqqında bütün həqiqəti biz yalnız Stalinin ölümündən sonra öyrənə bildik.

Almaniya hərb maşınının ilk zərbəsinə Brest qalası məruz qaldı. Bu qalanın müdafiəçilərinin qəhrəmanlığı haqqında həqiqəti uzun illər bizdən gizlədirdilər. O illər SSRİ-nin dövlət sərhədi Qərbi Buq çayından keçirdi. 182 kilometr uzunluğunda sərhəd zolağını Qırmızı bayraqlı 17-ci sərhəd dəstəsinin bölmələri mühafizə edirdi. 28-ci atıcı korpusunun 6-cı və 42-ci atıcı diviziyaları, dairə tabeli 33-cü əlahiddə mühəndis alayı, XDİK konvoy qoşunlarının 32-ci əlahiddə batalyonu, Qırmızı bayraqlı 17-ci sərhəd dəstəsinin bölmələri, Belarus sərhəd dairəsinin sürücü kursları bilavasitə qalada yerləşirdi.

Müharibəqabağı son gecə qalada 7-8 min adam vardı. Hərbi hissələrin şəxsi heyətinin böyük hissəsi qaladan kənarda - yay düşərgələrində, təlimlərdə iştirak edir, Brest gücləndirilmiş rayonunun inşaat işlərində çalışırdı. Bundan əlavə, komandir və rəhbər heyətin təxminən 300-dək ailəsi qalada yaşayırdı.

Sərhəddən onlarca kilometr uzaqda yerləşən hissələrdə komandanlığın əmri ilə həyəcan siqnalı verib qoşunları səfərbər etmişdilər. Brest qalasında isə həyəcan siqnalı müharibənin özü oldu.

Hərbi mənbələrin məlumatına görə, həmin gün qalada 3,5-4 minədək döyüşçü və komandir müdafiə olunurdu.

Həlak olanlar arasında keçmiş Sovet İttifaqında yaşayan 21 millətin və xalqın nümayəndələri vardı. Brest qalasının xatirə kitabında biz Haqverdiyev Xəlil Qəmzə oğlunun adına və onun haqqında quru arxiv məlumatlarına rast gəldik: “1919-cu ildə Azərbaycanın Gədəbəy rayonunun Çaldaş kəndində anadan olmuşdur. Kənd orta məktəbini, Gədəbəy Pedaqoji texnikumunu fərqlənmə ilə bitirmiş, Çaldaş kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1939-cu ildə Gədəbəy RHK tərəfindən FKQO sıralarına çağırılmışdır, 84-cü atıcı alayının sıravi əsgəri. 1941-ci il iyunun 22-də həlak olmuşdur. Sıra 1, lövhə 14”.

Xəlil Haqverdiyev adı memorialın lövhələrində əbədiləşdirilmiş yeganə azərbaycanlıdır. Hazırda burada qalanın müdafiəsi zamanı həlak olmuş 962 qəhrəmanının qalıqları əbədi rahatlıq tapmış, 273 ad əbədiləşdirilmişdir.

Nə üçün bu gün məhz bu insan haqqında yazmaq istədik. Azərbaycanlılar arasında Qələbəyə öz töhfəsini vermiş Sovet İttifaqı qəhrəmanları çoxdur. O isə bu müharibənin, yəqin ki, cəmi bir neçə saatını yaşamışdır. Bəs, iyunun 21-də yatmağa hazırlaşarkən nələr barədə düşünürdü? Yəqin ki, bütün hərbi qulluqçular kimi Vətənə qayıtmaq, yaxınları ilə görüşmək, hərbi xidmətdə olduğu yerlər haqqında danışmaq istəyirdi. Doğma dağ kəndində onu diqqətlə dinləyərdilər. Axı, Xəlil Polşa sərhədində xidmət edirdi. Bəlkə də məktəbi bitirməkdə olan şagirdləri haqqında düşünürdü: “Maraqlıdır, Zeynəb məktəbi necə bitirdi? O, Tibb İnstitutuna daxil olub həkim olmaq istəyirdi. Orduda xidmət etdiyim bu iki il ərzində rus dilini pis öyrənməmişəm. Kəndə qayıdanda, ola bilsin, bu dildən dərs deyə bilərəm”. Quru sətirlərdə onun evli olub-olmamağı barədə məlumat yoxdur. Yəqin ki, evli deyildi, çünki çox gənc idi. Bəlkə də qayıdanda toy etmək, çoxlu qonaq, tanınmış aşıqları dəvət etmək arzusundaydı.

Həyəcan siqnalı ilə yuxudan oyadanda ağlına gələn ilk fikir bəlkə də “yəqin ki, növbəti təlimdir” olmuşdu. Xəlil haradan biləydi ki, onun və bir çox xidmət yoldaşlarının yaşamasına saatlar, bəlkə də dəqiqələr qalıbdır. Onun macal tapıb düşmən məhv etməsi barədə heç bir məlumatımız yoxdur. Təəssüf ki, müharibənin ilk dəqiqələri haqqında söhbət açacaq şahidlər qalmamışdır.

Bu gün onlar haqqında yalnız bir şeyi yaza bilərik: onlar Vətəni müdafiə edirdilər və qəhrəman kimi həlak oldular. Onların hamısı vətənin müsəlləh əsgərləri idi və bir-birini millətlərə və xalqlara ayırmırdılar. Xəlilin ağlına da gəlməzdi ki, 50 il sonra onun doğma kəndinə qonşu Ermənistan ərazisindən qaçqınlar ordusu axışıb gələcəkdir, həmvətənləri vaxtilə çiyin-çiyinə verib Brest qalasını müdafiə etdiyi erməni qonşular tərəfindən min bir vəhşiliklə qətlə yetiriləcəkdir. Ağlına da gəlməzdi ki, ermənilər vaxtilə öz doğma torpaqlarında onlara sığınacaq vermiş azərbaycanlıların üstünə silah qaldıracaqlar.

Biz həlak olmuş bütün qəhrəmanların və əlbəttə, Xəlilin nurlu xatirəsi qarşısında baş əyirik. Biz Qarabağ müharibəsində həlak olmuş qəhrəmanların, o cümlədən Xəlilin həmyerlisi, Milli Qəhrəman Məzahir Rüstəmovun, Azərbaycanın sonuncu Milli Qəhrəmanı Mübariz İbrahimovun nurlu xatirələri qarşısında baş əyirik. Bizim qəhrəmanlıq salnaməmiz hələ bitməmişdir - siyahı açıqdır.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO