Şirvan şəhərində qəza törədən sürücünün kimliyi bəlli olub - YENİLƏNİB
Şirvan, 10 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzasını törədən şəxsin kimliyi bəlli olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şirvan şəhər sakini Taleh Məmmədov idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən 2013-cü il təvəllüdlü azyaşlını vurub.
Faktla bağlı araşdırma aparılır.
09:06
Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 9 radələrində Şirvan şəhəri Naxçıvani prospektində qeydə alınıb. Qəza zamanı xəsarət alan 11 yaşlı Əsgərov Savalan Ramal oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]