Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Bakı, 5 iyun, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]