Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sivilizasiyalar Alyansı: Bakının VII Qlobal Foruma möhtəşəm ev sahibliyi

Sivilizasiyalar Alyansı: Bakının VII Qlobal Foruma möhtəşəm ev sahibliyi

Dünyada sivilizasiyalararası münasibətlərin çox mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə qarşılıqlı faydalı əməkdaşlığa xidmət etmək şərəf işidir. Azərbaycan bu istiqamətdə ciddi addımlar ata bildiyini dəfələrlə nümayiş etdirib. Bu sırada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Cənubi Qafqazda Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış gərgin vəziyyətin fonunda Azərbaycanın sülh, barış, sabitlik və mədəniyyətlərarası dialoqu təşviq edən nüfuzlu tədbiri yüksək səviyyədə təşkil etməsi böyük hadisədir. Rəsmi İrəvanın Forumu pozmağa çalışmasına baxmayaraq, dünyanın 147 ölkəsindən yüksək səviyyəli qonaqlar toplantıya qatıldı. Tədbirdə alınan qərarlar çox maraqlıdır. BMT səviyyəsində Bakıda keçirilən Forumda qəbul edilən müddəaların yerinə yetirilməsinə başlanılır. Bununla növbəti dəfə Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığa ciddi töhfəsini vermiş olur.

11 ildən sonra: Azərbaycanda keçirilən Forum və Ermənistanın cılız təxribatı

Birləşmiş Millətlər Təşkilatında təsis edilən Sivilizasiyalar Alyansı (SA) 11 il öncə yaranıb. Təşəbbüskarlar isə İspaniya və Türkiyə olub. Bu, dünyada müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında müşahidə edilən ziddiyyətləri aradan qaldırmaq zərurətindən meydana gəlib. SA-nın əsas məqsədlərindən biri islam və xristian cəmiyyətləri arasında sağlam münasibətləri qorumaqdır. Doğrudur, Türkiyə və İspaniyanın bu təklifinə əvvəlcə bir sıra dairələr müxtəlif maneələr yaratmağa çalışdılar. Lakin artıq SA-nın VII Qlobal Forumu keçirildi. Sonuncu tədbir isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın paytaxtında baş tutdu.

Biz "baş tutdu" ifadəsini təsadüfən işlətmirik. Məsələ bundadır ki, həmişə olduğu kimi, Azərbaycanın beynəlxalq sahədə qazandığı uğurlara qısqanclıqla yanaşan bəzi dairələr bu dəfə də boş dayanmadılar. Ermənistan rəsmi olaraq belə bir tədbirin Azərbaycanda keçirilməsinə etiraz etdi, onun ləğv olunması məsələsini qaldırdı (bax: Заявление Армении в связи с предстоящим проведением в Баку седьмого Форума Альянса цивилизаций ООН/ "www.mfa.am", 20 aprel 2016).

Öncədən vurğulayaq ki, adıçəkilən bəyanat məntiqsiz cızma-qaradan başqa bir şey deyil, çünki tamamilə şər-böhtan üzərində qurulub. Təcavüzkar Ermənistan Azərbaycanı mifik aqressiyada günahlandırmağa çalışır, insan haqlarından dəm vurur, terrorçuluqdan bəhs edir. Doğrusu, müasir mərhələdə hansısa rəsmi orqanın bu dərəcədə həyasız, sırtıq və yalançı olduğunu təsəvvür etməzdik. Ermənistan hakimiyyəti özünə xas olan bütün eybəcərlikləri öz torpaqlarını azad etmək üçün hərbi əməliyyat keçirən qonşu dövlətə aid edir.

Guya biz Ağdərədə, yaxud Ağdamda olan işğalçı erməni əsgərinə güllə atmaqla hansısa haqları pozuruq, lakin şərəfsiz təcavüzkarın ordusunun Azərbaycanın rəsmən tanınan ərazisində mövcudluğu bütün beynəlxalq qanunlara "uyğundur", insan haqlarının qorunması şərtləri ilə "eynilik təşkil edir" və onları azərbaycanlılar yalnız gül-çiçəklə qarşılamalıdırlar. Açığı, belə şeyləri yazan nazirlik yox, olsa-olsa, donuz tövləsi ola bilər.

Əslində, artıq Ermənistan rəhbərliyinin sağlam düşüncəsini itirməsi artıq heç bir şübhə doğurmur. Onun BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırışı da daxili xislətinin nəticəsidir. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Belə ki, hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 20 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik hesab etmir.

Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi, əslində, burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə sırtıq və qanmazlığa səbəb isə arxalarında bir sıra ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə Ermənistan rəhbərliyi bu cür addımları ilə ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək.

İşıqlı gələcəyə həmrəylik içində: Bakıdan verilən mesajlar

Bunlar ermənilərin öz daxili psixoloji problemləridir. Reallıq odur ki, Bakı Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu yüksək səviyyədə keçirdi. Tədbirdən dünyaya barış, əməkdaşlıq, sülh və dialoq mesajları verildi. Tədbirdə BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri və fondlar daxil olmaqla ümumilikdə 147 ölkədən 1500-dən çox qonaq iştirak etdi. Forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilib. İnklüziv cəmiyyət bütün vətəndaşları özündə birləşdirən, ekstremizmi qəbul etməyən, diskriminasiyanın olmadığı, kimliyindən asılı olmayaraq hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin edildiyi (o cümlədən əqli və fiziki qüsurlu insanların) bir toplumdur.

Cənubi Qafqazda məhz Azərbaycanın belə bir tədbiri keçirməyə haqqı vardır. Çünki Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və ...Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır" (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib/AZƏRTAC, 13 iyul 2015).

Doğrudan da, Azərbaycan dünyanın müxtəlif yerlərində - Fransada, İtaliyada, Afrika ölkələrində, Gürcüstanda, Hollandiyada, Rusiyada, Pakistanda, Rumıniyada, Misirdə və digər ölkələrdə mədəni irsin qorunması, abidələrin bərpası, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsini təşkil edib. Hətta Gürcüstanda erməni kilsəsini pulsuz olaraq qaz ilə təmin edib. Rəsmi İrəvanı da qorxudan məhz Azərbaycanın bu cür humanist addımlarıdır. Bakı dünyanın müxtəlif regionlarında fərqli mədəniyyətlərin qorunub saxlanmasına, inkişafına konkret layihələrlə qatılır.

Bəs Ermənistan hansı işləri görüb? O, Dağlıq Qarabağdakı mədəniyyət abidələrini dağıdıb, müsəlmanlara məxsus olan qəbirləri, abidələri, müqəddəs yerləri təhqir edib. Təbii ki, belə xislətli bir dövlət Azərbaycanda SA-nın tədbirinin keçirilməsini həzm edə bilməz.

Artıq öz işini başa çatdırmış Forum haqqında iştirakçılar yüksək fikirlər söyləyirlər. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tədbirin uğurla keçdiyini və ciddi müzakirələrin aparıldığını xüsusi vurğulayıb. O, Forumun təşkilatçılarına yüksək işlərinə görə təşəkkürünü bildirib. BMT-nin ali nümayəndəsi deyib: "Biz burada mövcud tərəfdaşları müəyyən etdik. Burada müxtəlif tələblər var idi. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşüblər. Bu gün biz 2030-cu ilə qədər inklüziv cəmiyyətlərdə birgəyaşayış problemlərini müzakirə etdik. İnklüziv cəmiyyət sülhün təminatıdır. O, həmçinin məşğulluğa təminat verir, qeyri-bərabərliyi, təcridolunmanı aradan qaldırır. Biz zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları barədə müzakirələr apardıq" (bax: Bakıda üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla başa çatıb/AZƏRTAC, 27 aprel 2016).

Beləliklə, Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu nümayiş etdirdi. Bakıda 147 ölkədən gəlmiş təmsilçilər aydın gördülər ki, sülh, barış, əməkdaşlıq üçün ciddi addımlar atan gözəl bir ölkədədirlər. Onlar artıq ermənilərin əsasız təbliğatlarına deyil, gözləri ilə gördüklərinə inanmalıdırlar. Bilməlidirlər ki, real olaraq regionda sülhün, demokratiyanın və sivil birgəyaşayışın məkanı ilk növbədə Azərbaycandır. Ölkənin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çıxışları da bunu bir daha təsdiq etdi.

Tədbir iştirakçıları Azərbaycanı qədimdən müxtəlif dinlərin və mədəniyyətlərin birgə mövcud olduğu məkan kimi əyani tanıdılar. Prezident İlham Əliyev Forumda söylədiyi dərin məzmunlu nitqdə vurğulayıb: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar" (bax: Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib/AZƏRTAC, 26 aprel 2016).

Şübhə yoxdur ki, bundan sonra da Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri sülh və əmin-amanlıq içərisində olacaqlar. Ermənilər də burada heç bir ayrı-seçkilik olmadan indi də yaşayırlar. Ancaq Ermənistan işğalçı ordusunu Azərbaycan ərazisindən çəkməlidir. Azərbaycan öz erməni vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə təmin etməyi çox gözəl bilir. Torpaqlar azad ediləndən sonra bütün dünya bunun bir daha şahidi olacaq. Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan rəhbərliyi və cəmiyyətində bu barış ruhunun olduğunu bir daha təsdiqlədi.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib