REGİONLAR
Siyəzəndə qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
![Siyəzəndə qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB](/files/2023/3/1200x630/16968317661369160714_1200x630.jpeg)
Siyəzən, 9 oktyabr, E.Yusifli, AZƏRTAC
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəzada 1983-cü il təvəllüdlü Cığəliyev Zaur Böyükağa oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1961-ci il təvəllüdlü Quliyev Əliyoldaş Həmid oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü Əliyoldaş Quliyev hadisə yerində ölüb. “Opel”in sürücüsü Zaur Cığəliyev və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Həsənov Rəşid Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdiriliblər.
Qəza zamanı ölən və yaralananlar Siyəzən rayonun Yenikənd kəndinin sakinləridir.
10:08
Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Qəzada yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.