“Şkupi”də oynayan Elvin Yunuszadə Bakıya qayıdır
Bakı, 9 oktyabr, AZƏRTAC
Şimali Makedoniyanın “Şkupi” klubunda forma geyinən Azərbaycan millisinin keçmiş üzvü Elvin Yunuszadə vətənə qayıtmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, buna 32 yaşlı futbolçunun sağ ayağının topuq nahiyəsindən zədə alması səbəb olub. Məşqdə zədələnən mərkəz müdafiəçisi yaxın günlərdə ölkəmizə qayıdacaq və müalicəsini burada davam etdirəcək. Onun hansı müddətə yaşıl meydanlara qayıtması sağalma prosesindən asılı olacaq.
Qeyd edək ki, E.Yunuszadə yay transfer pəncərəsində “Şkupi” ilə müqavilə imzalayıb və klubun heyətində 2 oyun keçirib. “Renova” və “Struqa” ilə matçlarda 90 dəqiqə meydanda olan futbolçu ikinci görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]