SLAVYAN UNİVERSİTETİ MƏZUNLARLA GÖRÜŞƏ HAZIRLAŞIR
Görüşün keçirilməsi üzrə təşkilat komitəsinin üzvü, filologiya elmləri namizədi Heydər Orucov AZƏRTAC-ın müxbirinə demişdir ki, o zaman təhsil ocağı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu adlanırdı. Həmin il bu təhsil ocağını 1900 nəfər bitirmişdir. Artıq o vaxtdan 30 il keçir. Qeyd olunmalı yubileydir. Təşkilat komitəsində bu qərara gəlmişik ki, tədbir bu il iyun ayının 30-da universitetdə keçirilsin. Yəqin ki, məzunlarımızın əksəriyyəti pedaqoji fəaliyyətlə məşğuldur və həmin vaxt artıq məzuniyyətdə olacaqlar. Xatırladım ki, görüşün tarixi və yeri barədə “Azərbaycan müəllimi” qəzetində elan vermişik. Ümid edirik ki, təhsil şöbələri də 1974-cü il məzunlarının xəbərdar edilməsində bizə yardımçı olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]