SOCAR-ın kollektivi Anım Günündə Zəfər parkını ziyarət edib
Bak, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar SOCAR-ın kollektivi Zəfər parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla anıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.