SOCAR rəsmiləri Yüksək Texnologiyalar Parkının istehsal sahələri ilə tanış olublar
Bakı, 24 aprel, AZƏRTAC
SOCAR-ın Qaz İxrac İdarəsi baş direktorunun müavini Sərxan Babaşovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində (SEASM) qonaqlara laboratoriya avadanlığı, mərkəzin imkanları və göstərilən xidmətlər barədə məlumat verilib.
SEASM-ın maddi-texniki bazası, eləcə də beynəlxalq akkreditasiyadan keçməsi qonaqlar tərəfindən yüksək qiymətləndirilib. Nümayəndə heyəti, həmçinin YT Parkın rezidentləri - “Millers Oils Azerbaijan” MMC-nin və “AMEA Təcrübə-Sənaye Zavodu”nun istehsal sahələri ilə tanış olublar.
Sonda iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.