SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və qardaş Türkiyə Respublikasının "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında ötən ilin iyunun 1-də imzalanmış Anlaşma Memorandumuna əsasən, Zonguldak Bülent Ecevit Universiteti nəzdində fəaliyyət göstərən Çaycuma Peşə Məktəbində azərbaycanlı tələbələrin təhsilinin SOCAR tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub və bununla bağlı seçim prosesi uğurla tamamlanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Çaycuma Peşə Məktəbindəki tədris proqramı seçilmiş 5 nəfər tələbənin 3 il müddətində neft-qaz sənayesində texniki və praktiki bacarıq qazanmalarına şərait yaradacaq.
Qalib tələbələr sentyabrın 15-dən etibarən Türkiyədə tədrisə başlayıblar.
Qeyd edək ki, SOCAR sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olaraq təhsil və inkişaf sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Bu çərçivədə reallaşdırılan təqaüd və təcrübə proqramları, yalnız şirkətin ehtiyaclarını qarşılanmasına deyil, ölkənin kadr potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]