Somalidə “Əl-Şəbab” radikal qruplaşmasının 30 yaraqlısı öldürülüb
Bakı, 13 sentyabr, AZƏRTAC
Somali hökumət qüvvələri beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək ölkənin mərkəzi hissəsində “Əl-Şəbab” ekstremist qruplaşmasının 30 silahlısını məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala məlumat verib.
Onun sözlərinə görə, əməliyyat Əl-Qaras şəhəri yaxınlığındakı Qalmuduq ştatında həyata keçirilib. Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilmir.
Qeyd edək ki, “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minədək döyüşçüsü var və onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]