Son sutka ərzində İranda 2 min 596 nəfər koronavirusa yoluxub
Tehran, 18 iyun, AZƏRTAC
Son 24 saat ərzində İranda 2 min 596 nəfər koronavirusa yoluxub, 87 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 197 min 647 nəfərə, ölənlərin sayə isə 9 min 272 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 156 min 991 nəfər isə sağalaraq evə buraxılıb. Üç minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]