Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 694 nəfərə çatıb
Daşkənd, 11 aprel, АZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 70 nəfər artaraq 694-ə çatıb. Dünən bu rəqəm 624 olub.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu virusa yeni yoluxanlar karantində olanların hesabına artıb. Ölkədə koronavirusdan 42 nəfər sağalıb, 3 xəstə dünyasını dəyişib.
Xatırladırıq ki, bu ölkədə ilk dəfə koronavirus martın 15-də Fransadan Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar edilmişdi, həmin qadın artıq sağalıb və dünən axşam evə buraxılıb.
Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 88 min adam var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]