Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sonuncu kadr

AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasına rəhbərlik etmiş mərhum Oqtay Aydın oğlu Məmmədov 70-ci doğum günündə ən xoş duyğularla xatırlanır

Bakı, 15 iyun, AZƏRTAC

Fotoqraf ömrü çəkdiyi şəkillərdə, lentə aldığı kadrlarda yaşayır. O, fotoaparatın düyməsini basmaqla zamanın, həyatın bir anını əbədiyyətə, yaddaşa çevirir. İllər ötür keçir, vaxt, zaman dəyişir, lakin onun lentə aldığı kadrlar tarix olaraq yaşayır.

Oqtay Aydınoğlu (Məmmədov) o qədər də uzun olmayan ömründə təkcə fotoobyektivin yaddaşına köçürdüyü şəkillərdə deyil, özündən sonra yaddaşlarda xatırlanan, həmişə diri və canlı izlər qoyub...

O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirəndən sonra L.Krasin adına Elektrik Stansiyasında bədən tərbiyəsi təlimatçısı işləyib. Boksla məşğul olub, reqbi və üzgüçülük üzrə SSRİ və respublika miqyaslı yarışlarda dəfələrlə çempion adı qazanıb, İdman ustasının çalışdığı energetika müəssisəsində bədən tərbiyəsi və idman sahəsində də bir sıra uğurlu nəticələrə nail olmuşdu. Bir dəfə AZƏRTAC-ın əməkdaşı Malik Şərifov həmin müəssisənin idman sahəsində əldə etdiyi göstəricilər barədə fotosüjet hazırlayıb.

Hərə şey də oradan başlayıb...

Foto sənətinin izi ilə

Oqtayın təlimatçısı olduğu müəssisə, buradakı üzgüçülük hovuzu, idman qurğuları, eləcə də bədən tərbiyəsi təlimatçısının fəaliyyətini əks etdirən şəkillər çəkir və bu barədə material dərc olunur.

Əslində, onun foto sənətinə gəlişində həmin hadisə çox mühüm rol oynayıb.

1980-ci illərin ortalarında o, qızı Aytənin, bundan bir il sonra oğlu Aydının şəkillərini çəkmək üçün Maliki evə dəvət edir.

Fotonun çəkilməsi, plyonkaların yuyulması, işıq düşməyən yerdə onun təmizlənməsi və ən nəhayət, ömrün bir anını əks etdirən ağ-qara şəkillərin araya-ərsəyə gəlməsi onu çox maraqlandırır.

Elə bu həvəslə evdəki “Zenit” fotoaparatını işə salıb, bir, iki, üç şəkil...

Aytənlə Aydının bir neçə şəklini çəkir, çox sevdiyi Xəzərin dalğalarını fotoobyektivin yaddaşına köçürür, Hövsanda yaşadığı bağ evini, ağacları, təbiəti lentə alır...

Bayılda yerləşən Elektrik Stansiyası öz fəaliyyətini başa vurandan sonra o, iş yerini AZƏRTAC-a dəyişir, bir müddət satış təmsilçisi işləyir.

Lakin ağ-qara şəkillərin sehri Oqtay Aydınoğlunu tərk etmir. Burada tanınmış foto ustası Oleq Litvindən bu sənətin incəliklərini öyrənir, kursa gedir. Həvəskar şəkillər çəkdiyi “Zenıt” fotoaparatını “Nikon” fotoaparatı ilə əvəz edir.

Oleq Aleksandroviçlə Azərbaycanın ayrı-ayrı regionlarına, təsərrüfatlara üz tutur. Ustad fotomüxbirdən bu işi ən xırda incəliklərinə qədər öyrənməyə çalışır. Öyrəndikcə öyrənir, ondan nə eşidirsə, əməl etməyə başlayır. Oqtay Aydınoğlu peşəkarlaşdıqca, püxtələşdikcə özünü ilk fotolarını nəyə görə bəyənmədiyini anlayır. Yavaş-yavaş bu işin ən mahir ustalarından birinə çevrilir.

AZƏRTAC-da keçən illər

1990-cı ildən AZƏRTAC-ın fotomüxbiri kimi dünyanı dolaşıb.

Azadlıq meydanındakı izdiham, Şəhidlər xiyabanında 20 Yanvar hadisələri qurbanlarının dəfni, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə olan dramatik hadisələr, Milli Məclis iclasları onun fotoobyektivinin yaddaşındakı lentlərdə əbədiliyə qovuşub.

20 Yanvar hadisələri vaxtı küçə və meydanlarda faciə qurbanlarının, əzilmiş maşın və texnikaların, atəşə məruz qalmış bina və evlərin şəkilləri məhz Oqtay Aydınoğlunun çəkdiyi kadrlar vasitəsilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə yol tapıb. Həmin günlərdə sovet hərbçiləri bir neçə dəfə fotoqrafın çəkdiyi kadrların qarşısını almaq üçün onun üst-başını axtarsalar da, əvvəlcədən özündə saxladığı boş və ya istifadə edilmiş plyonkaları verərək məşum günləri əks etdirən kadrları qoruya bilib.

Oqtay Aydınoğlu1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib. Həmin illər ərzində ölkəmizdə cərəyan edən ən mühüm sosial-ictimai, mədəni hadisələrin fotosalnaməçisi olub. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AZƏRTAC-ın fotomüxbiri kimi iştirak edib. Onun çəkdiyi fotolar təkcə respublika mətbuatında deyil, “Reuters”, “Frans Press” və “Associated Press” kimi xəbər agentlikləri vasitəsilə də yayılırdı. Azərbaycan həqiqətləri və reallıqları onun fotoaparatının kiçik obyektivindən dünyaya pəncərə açıb.

Oqtay foto sənətini qəlbən, daxildən gələn bir istəklə və bütün varlığı ilə sevirdi. O, bu məhəbbəti uşaqlarına da aşılamışdı. Qızı Aytənin lentə aldığı bir neçə şəkil Rusiyada çıxan “Komsomolskaya pravda” qəzetində dərc olunub. Oğlu Aydına isə öz sənətini daha peşəkar səviyyədə öyrədib. 2004-cü ildən onunla birlikdə çalışıb. Ata-bala bir yerdə Litva, Latviya, Sloveniya, Türkiyənin Adana şəhərində Bakı-Tiflis-Ceyhan neft kəmərinin açılışında iştirak ediblər.

Fotomüxbir ömrünün son anları

2009-cu ilin 20 yanvar səhəri... Həmişəki kimi evdən çıxıb işə gedib. Şəhidlər xiyabanında faciənin ildönümü ilə əlaqədar ziyarətin çəkilişindən az sonra qəflətən ürəyindən ağrı tutub. Onu maşına qoyub iş yerinə gətirirlər. Həkimlər, tibb işçiləri çox çalışsalar da, Əməkdar mədəniyyət işçisi Oqtay Aydınoğlunun həyatını xilas edə bilmirlər...

Öz iş otağında anları, hadisələri, tarixi ədəbiləşdirən fotosənətkar ömür təqviminin 58-ci ilində əbədiyyətə qovuşur.

Əgər fotojurnalist Oqtay Aydınoğlunun həyat yolunu, yaşadığı ömrü fotolarla dolu bir alboma bənzətsək, yəqin ki, fotolaboratoriyada dünyaya “əlvida” dediyi gün sonuncu kadr olar.

2006-cı ildə Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı siyasi fotomüxbiri”, 2009-cu ildə isə Mətbuat Şurasının “Media açarı” mükafatına layiq görülüb.

Ustad fotojurnalistin çəkdiyi şəkillər indi Azərbaycan fotojurnalistikasının salnaməsi kimi xatırlanır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edir

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb