Sorğu: Britaniyada Leyboristlərin reytinqi rekord həddə düşüb
London, 28 oktyabr, AZƏRTAC
Böyük Britaniyada keçirilən yeni ictimai rəy sorğusu Leyboristlər Partiyasının dəstək səviyyəsinin rekord həddə - 17 faizədək enməsini göstərib.
AZƏRTAC xəbər verir ki, The Times” qəzetinin sifarişi ilə “YouGov” tərəfindən aparılan sorğuya görə, bu göstərici Leyboristləri demək olar ki, Mühafizəkarlar, Yaşıllar və Liberal Demokratlarla eyni səviyyəyə gətirib.
Sorğunun nəticələrinə əsasən, Reform UK Partiyası 27 faiz səviyyəsində reytinqlə liderlik edir. Leyboristlər Partiyası və Mühafizəkarlar Partiyası hər biri 17 faiz səviyyəsində qərarlaşıb. Yaşıllar Partiyası isə 16 faiz dəstəklə tarixində ən yüksək göstəriciyə çatıb. Liberal Demokratlar Partiyası 15 faiz nəticə göstərib.
Analitiklərə görə, bu nəticələr Kir Starmer üçün ciddi siqnal hesab olunur. O, ötən həftə Uelsdə keçirilən aralıq seçkilərdə məğlubiyyətdən sonra partiyanın reytinqini yüksəltməkdə çətinliklərlə üzləşə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]