Sorğu: Finlərin 50 faizi Ukraynaya qoşun göndərilməsini dəstəkləmir
Bakı, 12 iyul, AZƏRTAC
Finlandiyalıların yarısı Qərb qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləmir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Helsingin Sanomat” qəzetinin sifarişi ilə keçirilən sosioloji rəy sorğusunun nəticələrində yer alıb.
Məlumata görə, finlandiyalıların 50 faizi hesab edir ki, Qərb ölkələri münaqişənin gərginləşməsindən qaçmalı və Ukraynaya hərbi personal göndərməməlidir. Respondentlərin 31 faizi isə əksinə, Ukraynaya hərbçilərin göndərilməsini zəruri hesab edir.
Sorğu iştirakçılarının 60 faizi Finlandiyanın Ukraynaya kifayət qədər dəstək verdiyini düşünür. Həmçinin respondentlərin dörddəbirinin fikrincə, Ukraynanın Avropa İttifaqına qəbulu arzuolunmazdır, 52 faizi isə buna müsbət yanaşır.
Sorğu iyunun 19-dan 24-dək Aland adalarının sakinləri istisna olmaqla, 18 yaşdan yuxarı 1120 Finlandiya vətəndaşı arasında aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]