Sorğu: Seçicilərin 49 faizi Trampı, 45 faizi Harrisi dəstəkləyir
Bakı, 16 avqust, AZƏRTAC
ABŞ-ın sabiq dövlət başçısı və qarşıdakı prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp potensial seçicilər arasında vitse-prezident və Demokratların mümkün namizədi Kamala Harrisi dörd faiz üstələyir.
AZƏRTAC xəbər verir ki, bunu “Rasmussen Reports” sosiologiya kompaniyasının rəy sorğusu göstərib. Sorğunun nəticələrinə əsasən, amerikalı seçicilərin 49 faizi Trampa, 45 faizi isə Harrisə dəstəyini ifadə edib.
Həmçinin respondentlərin 3 faizi səsini başqa namizədə verəcəyini, daha 2 faizi isə seçimində hələ qərarsız olduğunu bildirib. Sorğu avqustun 8-14-də 1885 nəfər potensial seçici arasında aparılıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]