Sosial sahədə elektron xidmətlərə ötən il 27 milyon müraciət edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən il 27 milyon müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 17 milyon dəfə istifadə olunub, 258 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı və “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, son bir ildə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 458 milyon olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:33]
Bu ilin 5 ayında sığortaolunanların sayı 56 min nəfərdən çox artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]