Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın “soyuq” Moskvada “isti” müzakirələri

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın “soyuq” Moskvada “isti” müzakirələri

Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhdudlaşmır. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər. İki böyük dövlət demək olar ki, bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı razılıq əldə edib. Bu, geniş məsələlər üzrə birlikdə fəaliyyət göstərmək anlamına gəlir. Təbii ki, həmin bağlılıqda ilk olaraq Suriya məsələsi yada düşür. Suriya üzrə V.Putinlə R.T.Ərdoğan faydalı fikir mübadiləsi aparıb, konkret razılıqlar əldə ediblər. Onlar Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması, terrorla birgə mübarizə, sabitliyin təmini, İdlib, Münbic məsələləri, hərbi əməkdaşlıq kimi istiqamətlərdə ortaq mövqeyə gəliblər. Bunların fonunda ticarət, istehsal, turizm, nüvə və enerji sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək haqqında konkret mövqeyə gəlinməsi aktual görünür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış və "Adana sazişi" adlanan sənədin yenidən gündəmə gətirilməsi əhəmiyyət daşıyır. Bütün bunların geniş təhlilini aparmaq zəruridir.

Tarixi səfər: Rusiya və Türkiyə Avrasiyada geosiyasi dinamikanı yeniləşdirir

ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarından sonra Yaxın Şərqdə geosiyasi proseslər daha intensiv xarakter alıb. Bir sıra böyük dövlətlər yarana biləcək boşluğu doldurmaq üçün fəallıq göstərməkdədirlər. Ancaq Rusiya, Türkiyə və İranın təmkinli davrandığı da müşahidə edilir. Yəni başlıca mübarizə diplomatik-siyasi müstəvidə gedir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinə ekspertlərin marağı olduqca böyük idi. Ümidlər özünü tam doğrultdu. Bu səfər iki məqamı üzə çıxardı.

Birincisi, Rusiya Türkiyəni Yaxın Şərqin həlledici geosiyasi aktoru kimi qəbul edir. Moskva Ankara ilə bütün sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə qərarlıdır. Eyni zamanda, Moskva Türkiyəni Avrasiya məkanında təhlükəsizlik sistemini qura biləcək lider-dövlət kimi də qəbul edir.

İkincisi, Vladimir Putin nümayiş etdirdi ki, Kreml xarici siyasətdə bəzi düzəlişlər edib və bu yoldan çəkilmək fikrində deyil. Konkret olaraq, Moskva əsrlərdir ki, türk dövləti ilə apardığı rəqabət və düşmənçilikdən dialoqa, qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa keçid etməkdə qətiyyətlidir. Bu, artıq tendensiyadan dayanıqlı prosesə keçidi ifadə edir və bütövlükdə Avrasiyanın geosiyasi xəritəsində prinsipial müsbət dəyişikliklərə aparıb çıxaracaq.

Bu ümumi qənaətlər tərəflərin əldə etdikləri konkret razılaşmalardan məntiqi olaraq alınır. Rusiya və Türkiyə geniş sahələri əhatə edən uzunmüddətli razılıqlar əldə edə bildilər. Putin-Ərdoğan danışıqları iki dövlətin taleyində tarixi rol oynamalıdır. Prezidentlər iqtisadiyyat, enerji, xarici siyasət, mədəniyyət, turizm, nüvə sahəsində əməkdaşlıq, terrorla mübarizə, Suriyada sülhə nail olmaq, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq kimi sferalarda qarşılıqlı əlaqələri yeni səviyyəyə yüksəltmək haqqında ortaq qənaətə gəliblər. Türkiyə Prezidenti səfərdən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bu barədə konkret faktlarla danışıb (bax: Cumhurbaşkanı Erdoğan: Adana Mutabakatı Türkiye'nin ağırlığını hissettirecek / "Habertürk", 25 yanvar 2019).

Rusiya və Türkiyə yüksək səviyyədə strateji tərəfdaşlıqla bağlı yaxın aylarda yeni müzakirələr aparmaq haqqında razılığa gəliblər. Bu, demək olar ki, bütün sahələri, o cümlədən hərbi-müdafiə sahəsində əməkdaşlığı əhatə etməlidir. Prezidentlər həmin çərçivədə "S-400"lərlə bağlı imzalanmış sazişin yerinə yetirilməsində qərarlı olduqlarını bəyan ediblər. Türkiyə tərəfinin xahişi ilə Rusiya “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun Türkiyə Respublikasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə istismara veriləcəyini vəd edib.

Ankara və Moskva ticarət əlaqələrini 26 milyarddan 100 milyard ABŞ dolları həcminə qədər inkişaf etdirmək fikrindədirlər. Bunun üçün xüsusi komissiya da yaradılmalıdır. Avrasiyanın iki böyük dövləti tədricən bütün sahələr üzrə sıx əməkdaşlıq xəttinə keçirlər. Onlar həm də Qara dənizdə həmsərhəd ölkələr kimi əlaqələri gücləndirmək niyyətindədirlər. Bu barədə də Prezident R.T.Ərdoğan fikir bildirib.

Perspektivli əməkdaşlıq modeli: ədalət, sülh və barış naminə

Türkiyə Prezidenti rusiyalı həmkarı ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda ayrıca vurğulayıb ki, Rusiya ilə turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda Rusiya Almaniyadan sonra həmin sahədə ikinci yerdədir. 2018-ci ildə Rusiyadan Türkiyəyə 6 milyon turist gedib! İndi məqsəd bu rəqəmi daha da artırmaq və Rusiyanın birinci yerə çıxmasına nail olmaqdan ibarətdir. Bu aspektdə dövlətlər arasında viza məsələsi də həll edilməlidir. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sənəd artıq Prezident Vladimir Putinin masası üzərindədir.

Bu o deməkdir ki, iki dövlət sosial-mədəni və turizm istiqamətlərində də qarşılarına böyük məqsədlər qoyublar. Şübhəsiz ki, bu xətt yaxın perspektivdə Avrasiyada çox güclü və müsbət nəticələri ola biləcək müttəfiqliyin meydana gəlməsi ilə nəticələnə bilər. Ekspertlər məhz bu tezisin fonunda böyük bir regionda formalaşa biləcək geosiyasi mənzərəni proqnozlaşdırmağa çalışırlar.

Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə həmin prizmadan baxdıqda, maraqlı qənaətlər əldə etmək olur. Bu kontekstdə tərəflərin "Adana razılaşması" adlanan sənədə qayıdılması haqqında müzakirə aparmaları çox əhəmiyyətli məqam kimi görünür. Öncə qeyd edək ki, həmin sənəd 1998-ci ildə Suriyanın o dövrdəki dövlət başçısı ata Əsədlə Türkiyə arasında imzalanıb. Sənəd terrora qarşı mübarizədə Suriya ilə Türkiyə arasında əməkdaşlığı əhatə edir. Məhz həmin sənəd imzalanandan sonra A.Öcalanı Suriyadan çıxarmaq mümkün oldu və sonda Keniyada yaxalandı.

Bu dəfə R.T.Ərdoğan həmin razılaşmanı yenidən gündəmə gətirdi. V.Putin də onu dəstəkləyib. Rusiya Prezidenti "Adana razılaşması önəmli bir mövzudur. Türkiyə bunu işləməlidir", - deyib (bax: əvvəlki mənbəyə). Bu sənəd Türkiyənin Suriyadakı mövqeyini daha da gücləndirəcək. Prezident R.T.Ərdoğan Tükiyənin Suriyadakı mövcudluğu üçün xüsusi dəvətə ehtiyac olmadığını ifadə edib. Bu, təbiidir, çünki Suriya ilə 911 kilometrlik sərhədi var, tarixi ortaqlıq mövcuddur və Suriya xalqı türk ordusunu proseslərə müdaxilə etməyə çağırır. Bunlarla yanaşı, ata Əsədlə imzalanan sazişin yenidən gündəmə gəlməsi terrorla mübarizədə fərqli mərhələnin əsasını qoyacaq ki, bununla da Türkiyənin Suriyadakı varlığı tam olaraq beynəlxalq hüquq çərçivəsinə salınmış olacaq.

İki Prezident İdlib, Münbic və Suriya konstitusiyasının işlənib hazırlanması məsələlərini də müzakirə ediblər. Türkiyənin dövlət başçısı vurğulayıb ki, İdlibi Rusiya və Türkiyənin əməkdaşlığı xilas edib. Çünki bu olmasaydı, indi 100 minlərlə insan öz evlərindən didərgin düşmüş olardı. Orada hər bir terror təşkilatı ilə sona kimi mübarizə aparılacaq. İndi Dəməşq İdlibə radikal terror qrupları göndərib və vəziyyət bir qədər gərginləşib. Ancaq onların hamısının öhdəsindən gəlmək iqtidarında olan türk ordusu sabitliyin pozulmasına imkan verməyəcək.

Münbiclə bağlı da Ankara ABŞ və Rusiya ilə müzakirələri davam etdirmək fikrindədir. Orada 1000 nəfərə yaxın terrorçu qalır. Onların Münbici tərk etmələri şərti mütləqdir. Ankara bu məsələdə güzəştə getməyəcək. Ona görə də PYD/YPG-nin Münbicdən çıxarılması zaman məsələsidir. Sonra orada yerli əhalinin demoqrafik tərkibinə görə idarəetmə srukturları formalaşdırılmalıdır. Münbicin əhalisinin 90 faizi sünni ərəblərdən ibarətdir.

Suriyanın yeni konstitusiyası məsələsi də çox aktualdır. Bu prosesi Fransa, Almaniya və Böyük Britaniyanın BMT-yə ünvanladığı bir məktub ləngidir. Ankara və Moskva həmin maneəni dəf edib, prosesi yekunlaşdırmaqla bağlı razılıq əldə ediblər. Xüsusi komissiyalar yaradılıb, milli konstitusiyanın hazırlanması və qəbulu qərara alınıb. Bu məsələ prinsipial əhəmiyyət daşıyır. Yeni konstitusiyada Suriya əhalisinin bütün spektrinin təmsil olunması təmin edilməlidir. Həmin məqamda hələlik fikir ayrılığı mövcuddur. Bəzi dairələr məzhəblərdən birinin üstünlüyünün təmin edilməsinə çalışırlar. Ancaq Ankara mövqeyində qətidir və bərabərhüquqluluq prinsipi gözlənilməlidir.

Prezidentlər arasında müzakirələr geniş əhatəliliyi ilə yadda qalıb. Onlar gecə saatlarına qədər danışıqlarda olublar. Ekspertlərin qənaətinə görə, sonucda strateji əhəmiyyətli ortaq mövqelər formalaşıb. Belə görünür ki, Avrasiyada böyük gələcəyi olan güclü əməkdaşlıq modeli meydana gəlir. Bundan xalqların qazanacaqlarına şübhə yoxdur. Qalır, əldə edilən razılaşmalara səmimiyyətlə əməl etmək. Proqnozlara görə, Moskva və Ankara dil tapacaqlar. Çünki həm dünya sürətlə dəyişir, həm də onların bir-birinə ehtiyacı artır. Böyük bir geosiyasi məkanda inkişaf, sabitlik, təhlükəsizlik və münaqişələrin ədalətli həlli üçün geniş perspektivlər açılır. Bu baxımdan Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri dönüş nöqtələrindən biridir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir