Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Su altında od”: Alman sənədli filminin obyektivindəki Azərbaycan həqiqətləri

“Su altında od”: Alman sənədli filminin obyektivindəki Azərbaycan həqiqətləri

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan “Əsrin müqaviləsi”ndən bəhs edən, Almaniyanın ZDF teleşirkətinin istehsal etdiyi “Su altında od – Xəzər nefti və qazı dünya bazarlarına necə yol tapır” adlı sənədli filmin ərsəyə gəlməsi haqqında xatirələrini AZƏRTAC-la bölüşüb.

ZDF-in istehsalı olan bu sənədli film Xəzər regionunun yeni tarixi, iqtisadiyyatı və siyasi reallıqları üzərində qurulub.

Hans Peter Kochenrath və Alexsander Bohr tərəfindən ekranlaşdırılan bu film siyasi bacarıq və təcrübənin iqtisadi təzyiq və riskləri aradan qaldıraraq regionun inkişafına necə təkan verdiyini göstərir. Nəticə etibarilə bu yanaşma həm uzunmüddətli iqtisadi gəlirlərin formalaşmasına, həm də siyasi təsir imkanlarının genişlənməsinə zəmin yaradır. Bir vaxtlar dünyanın super güclərindən, - SSRİ-nin ən nüfuzlu liderlərindən biri və zəngin siyasi təcrübəsi olan Heydər Əliyevin həyata keçirdiyi bu strateji siyasət sayəsində Azərbaycan çoxsaylı böhranlardan qurtularaq, qlobal birliyin diqqətçəkən üzvlərindən birinə çevrildi.

1990-cı illərin əvvəllərində, müstəqillikdən sonrakı qeyri-sabitlik, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi və siyasi böhran ölkəmizi çox çətin bir vəziyyətə salmışdı. Azərbaycana qarşı böyük dövlətlər arasında gedən geosiyasi rəqabət və strateji maraqların toqquşması, ehtiyatsız atılan hər bir addım fəlakətə gətirib çıxara bilərdi.

Belə keşməkeşli bir dövrdə - 1993-cü ildə Heydər Əliyev siyasi arenaya qayıdaraq praqmatik xarici siyasət yeritdi. Onun çoxvektorlu siyasəti müxtəlif geosiyasi güc mərkəzləri və bloklar arasında balans yaratmağa əsaslanır, ABŞ, Aİ kimi güclərlə, eləcə də Rusiya və İran kimi regional aktyorlarla iqtisadi, enerji və hərbi sahələrdə tərəfdaşlığa üstünlük verir və beləliklə, Azərbaycanın əsas qlobal və regional güclərlə münasibətlərini balanslaşdırır.

Neft sazişi ilə əlaqədar ən böyük təzyiqlər qonşu ölkələrdəki bəzi siyasi dairələrdən gəlirdi. Rusiya və İran Xəzər dənizinin hüquqi statusu barədə məsələ qaldırıb, Xəzərin təbii sərvətlərinin istifadəsinə nəzarət etmək üçün beynəlxalq komitə yaratmaq təklifi ilə çıxış edirdilər. Rusiyanın ozamankı xarici işlər naziri Andrey Kozıryev bəyanatlar verərək belə bir müqavilənin həyata keçirilməsinə yol verilməyəcəklərini bildirirdi. Digər problem Türkmənistanın Azərbaycanın imzalayacağı neft sazişində “Azəri” yatağına iddialı olması idi.

Heydər Əliyev həmin mürəkkəb dövrdə xarici güc mərkəzlərindən gələn təzyiqləri və ölkə daxilindəki maneələri aradan qaldıraraq beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün ictimai-siyasi sabitliyə nail oldu. 1994-cü ildə Xəzərin “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının işlənməsi üçün “Əsrin müqaviləsi” kimi tanınan müqavilə imzalandı. 7 ölkədən - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanından 11 xarici neft şirkəti bu layihəyə cəlb olundu. Bu, misli görünməmiş çox milyard dollarlıq hasilatın pay bölgüsü sazişi və keçmiş Sovet İttifaqında indiyə qədər imzalanmış ən böyük müqavilə idi.

1995-ci ilin fevralında 11 xarici neft şirkətinin iştirakı ilə yaradılan konsorsium – Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Əsrin müqaviləsi”ni həyata keçirmək üçün fəaliyyətə başladı.

7 noyabr 1997-ci ildə “Çıraq” platformasından ilkin neft hasil olundu. Bu münasibətlə Azərbaycan hökuməti dəniz yatağından neft hasilatının başlanmasını təntənəli şəkildə qeyd etdi. Tədbirdə xarici ölkələrin nümayəndələri, - Rusiyadan Baş nazirin birinci müavini Boris Nemtsov və yanacaq və energetika naziri Yuri Şafranik, ABŞ-nin energetika naziri Federiko Pena, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyənin Baş naziri Məsud Yılmaz da daxil olmaqla çoxsaylı xarici qonaqlar iştirak edirdilər.

Həmin gün Heydər Əliyevin uzaqgörən siyasi baxışının təntənəsi idi. Azərbaycanın neft potensialının düzgün istiqamətləndirilməsi, qlobal güclər və güclü qonşular arasında maraqların incəliklə tarazlaşdırılması nəticəsində ölkəyə gələcək neft gəlirini dərin strateji düşüncə ilə məhz o müəyyənləşdirmişdi. “Çıraq” yatağından hasil olunan ilkin neft bu uzaqgörən siyasətin canlı təcəssümünə çevrildi. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatlardan biri kimi tarixə düşdü.

Heydər Əliyev 1996-cı ildə “Əsrin müqaviləsi” çərçivəsində “Dədə Qorqud” qazma qurğusunun istismara verilməsinə həsr olunmuş mərasimdə iştirak edərək bu qurğunun modernləşdirilməsi prosesində əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirmiş, eyni zamanda, ona verilən adın dərin mənəvi məzmun daşıdığını qeyd edib.

Onun sözləri ilə desək: “Bu qazma qurğusuna Dədə Qorqud adı verilmişdir... bu ad hər bir azərbaycanlı üçün son dərəcə müqəddəs və əzizdir...”

“Əsrin müqaviləsi”nin ən çətin məqamlardan biri AÇG yataqlarından hasil olunan neftin sürətlə artan həcmlərinin dünya bazarlarına çatdırılması məsələsi idi. Prezident Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına qədər uzadılmasını təklif etmişdi. Lakin ABƏŞ-in bir çox səhmdar şirkətləri buna qarşı çıxaraq Rusiyanın maraqlarına uyğun olan şimal marşrutunu, digərləri Gürcüstan ərazisindən keçən qərb marşrutunu və ya İran ərazisindən keçən, daha ucuz başa gələn cənub marşrutu kimi beynəlxalq satış istiqamətlərini təklif edirdilər.

Heydər Əliyev çıxışlarının birində təkid etdiyi yeganə variant olan Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu barədə belə demişdi: “... Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar. ... Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik”.

BTC boru kəməri layihəsinin arxasında dayanan strateji baxış son dərəcə iddialı idi; bu təşəbbüs biznes, siyasət və texnologiyanın mürəkkəb vəhdətini və eyni zamanda kompleks şəkildə əlaqələndirilmiş fəaliyyət tələb edirdi. Əgər belə bir boru kəməri Aralıq dənizinə qədər uzadıla bilsəydi, Qərbin neftə artan böyük tələbatı üçün etibarlı və alternativ bir enerji təchizatı mənbəyi formalaşdırılacaqdı.

Azərbaycanın müstəqilliyinin erkən mərhələsində baş verən və bütövlükdə regionun geoiqtisadi mənzərəsini dəyişən bu mühüm inkişaf beynəlxalq media orqanlarının daim diqqət mərkəzində olaraq geniş rezonans doğururdu.

Baş verən fundamental inkişafı görən Almaniyanın ZDF teleşirkəti Xəzər regionunda yeni tarixi sənədləşdirən filmin çəkilməsini vacib hesab edərək burada hasil olan neft və qazın dünya bazarına çatdırılması barədə film çəkmək ideyası ilə ABƏŞ-ə müraciət etdi.

Filmin əsas mövzusu “Əsrin müqaviləsi”ni həyata keçirən neft konsorsiumu - ABƏŞ-in fəaliyyətinə həsr olunub. Filmdə Prezident Heydər Əliyev, ABƏŞ prezidenti Terri Adams, SOCAR prezidenti Natiq Əliyev, Vaşinqtonun Con Hopkins Universitetinin eksperti, digər rəsmi şəxslər və mütəxəssislərlə müsahibələr yer alıb.

Bu sənədli film böyük uğur qazandı, Almaniya və Fransada ZDF, ARTE televiziya kanallarında nümayiş olunub.

Mən, ABƏŞ-in rəsmisi kimi bu filmin ərsəyə gəlməsində birbaşa iştirak etmişəm və Almaniyanın ZDF teleşirkətinə bu filminin istehsalında bütün lazımi dəstəyi göstərmişəm. Bu çərçivədə çəkiliş qrupunun ABƏŞ-in müxtəlif obyektlərinə səfərlərinin koordinasiyası, müsahibələrin təşkili, yaradıcı heyətin konsorsiumun arxivindəki videomateriallarla təmin edilməsi, eləcə də filmin prodüseri Fridhelm Brüknerin Prezident Administrasiyasında, ABƏŞ-in prezidenti və AzTV-nin sədri ilə görüşlərinin təşkili, habelə ZDF-in bu sənədli filminin AzTV kanalında nümayişi də daxil idi.

Bununla yanaşı, 15 dekabr 1999-cu ildə Bakıda “Hyatt Regency” otelində ABƏŞ bu filmin təqdimatını da təşkil etdi. Tədbirdə hökumət rəsmiləri, xarici diplomatik missiyaların nümayəndələri, çox sayda xüsusi qonaqlar iştirak edirdi. Filmin prodüseri Fridhelm Brükner və ARTE telekanalının nümayəndəsi Madlen Avramoussis təqdimat mərasimində iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlmişdilər.

Bu təqdimat bp-nin SOCAR, Almaniya və Gürcüstan səfirlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi əsas layihələrindən biri idi.

ZDF teleşirkətinin ünvanladığı məktublardan birində kinorejissor Aleksander Bor, prodüser Brükner və həmkarı Kochenrath adından filmə göstərdiyim dəstəyi xüsusi vurğulayaraq mənə səmimi təşəkkürlərini bildirirlər:

“...bu film layihəsinin ərsəyə gəlməsində bizə göstərdiyiniz dəyərli dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin xeyirxah əməkdaşlığınız olmasaydı, bu filmi məhz bu səviyyədə və bu keyfiyyətdə reallaşdırmağımız mümkün olmazdı...”.

İndi geriyə nəzər saldıqda, Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nə qədər möhtəşəm və davamlı uğurlara yol açdığını aydın görürsən.

Bu gün BTC boru kəmərinin Cənubi Qafqazda strateji reallıqları necə köklü şəkildə dəyişdirdiyinin şahidi olursan və “Cənub Qaz Dəhlizi” layihəsi artıq Avropa İttifaqının enerji siyasətinin əsas sütunlarından birinə çevrilmişdir. Xəzərdən başlayan neft-qaz enerji təchizatı xətləri, uzun müddət Rusiyanın enerji ixracından asılı olmuş Avropa üçün strateji baxımdan həyati əhəmiyyət daşıyır və Şərq-Qərb enerji dəhlizinin rolunu daha da gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var