“SU HƏYATDIR” ADLI LAYİHƏNİN BAKI MƏRHƏLƏSİNİN TƏQDİMATI OLMUŞDUR
Azərbaycan Könüllülər İctimai Birliyi YUNESKO-nun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Su həyatdır” adlı layihəni həyata keçirir. Bununla bağlı fevralın 29-da Beynəlxalq Mətbuat Mərkəzində layihənin Bakı şəhəri üçün mərhələsinin təqdimatı olmuşdur.
Tədbirdə içməli sudan qənaətlə istifadənin əhəmiyyəti, ölkəmizdə və dünyada içməli suya olan tələbat və mövcud ehtiyatların tükənməsi, su mənbələrinin qorunması istiqamətində görülən işlər və Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə keçirdıyi tədqiqatlar barədə məlumat verilmişdir.
Vurğulanmışdır ki, içməli sudan qənaətlə istifadənin zəruriliyini ictimaiyyət arasında təbliğ etməkdə, kütləvi informasiya vasitələri ilə yanaşı gənclərin də üzərinə böyük məsuliyyət düşür.
Artıq “Su həyatdır” layihəsi çərçivəsində Şəki, Qəbələ və Biləsuvar rayonlarında gənclər üçün təlim kursları təşkil edilmişdir. Eyni zamanda bu sahədə gənclərin fəallığını artırmaq üçün “Su həyatdır” mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan olunmuşdur.
Tədbirin sonunda müsabiqədə qalib gəlmiş ən yaxşı üç məqalənin müəllifləri mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]