Su İdman Növləri Federasiyası uşaqları sevindirib
Bakı, 2 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dədə Qorqud” parkında tədbir keçirilib.
ASİNF-dən AZƏRTAC-a verilən məlumata görə, ənənəvi ictimai tədbirdə paytaxt sakinlərinə su idman növləri haqda məlumat verilib. Həmçinin peşəkar məşqçilərin nəzarəti ilə “Dədə Qorqud” parkındakı göldə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Tədbir zamanı avarçəkmə qayıqlarında idmançıların nümunəvi çıxışları da baş tutub.
Paytaxt sakinləri tərəfindən avarçəkmə idmanı böyük maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]