Su polosu üzrə açıq Bakı turnirinə yekun vurulub
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş açıq paytaxt turniri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə yerli komandalarla yanaşı, Təbriz kollektivi də iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Akvatik-I” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təbriz komandası gümüş, Su İdman Sarayının yetirmələri isə bürünc medala sahib olublar.
Mükafatçılara diplom və xatirə hədiyyələri təqdim olunub.