Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb
Qahirə, 8 sentyabr, AZƏRTAC
Sudanın Şimali Kordofan vilayətində yerləşən Umm Ravabə şəhərində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hücumun Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir. Hadisə şəhərdəki məhkəmə binasının yaxınlığında, insanların sıx olduğu yerdə baş verib.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelindən döyüşlər davam edir. Münaqişə ölkədə ciddi humanitar böhrana səbəb olub.
BMT-nin məlumatına görə, 11 milyondan çox insan döyüşlər səbəbindən evlərini tərk edib. Onların bir hissəsi ölkə daxilində başqa ərazilərə köçüb, digərləri isə qonşu ölkələrə sığınıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]