Sudanın Əl-Faşir şəhərində 2000-dən çox mülki şəxs öldürülüb
Bakı, 30 oktyabr, AZƏRTAC
Sudanda çevik reaksiya qüvvələrinin Əl-Faşir şəhərini zəbt etməsindən sonra 2000-dən çox mülki şəxs öldürülüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, humanitar yardım üzrə komissarın müavini Mona Nur əl-Dayem Port-Sudanda keçirdiyi mətbuat konfransında hadisəni “silahsız mülki şəxslərə qarşı soyqırımı” adlandırıb. O, silahlıların "xəstəxanalarda olan xəstələrə və yaralılara atəş açdığını" və qaçan mülki insanları təqib etdiyini bildirib.
Bu arada Sudan Həkimlər Şəbəkəsi könüllülər təşkilatı çevik reaksiya qüvvələrinin hücumları nəticəsində son üç gündə Əl-Faşirdə təxminən 1500 mülki şəxsin öldürüldüyünü, 2024-cü ilin mayında mühasirə başlayandan bəri ölənlərin ümumi sayının isə 14 mindən çox olduğunu açıqlayıb.
Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]