Sülhməramlılara aid daha iki zirehli avtomobil aksiya ərazisindən maneəsiz keçib
Şuşa, 17 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda dinc şəkildə davam edən aksiyanın 37-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edə bilirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid daha iki zirehli avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]