SUMQAYIT BƏLƏDİYYƏSİNİN KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR
Avqustun 17-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Futbol Assosiasiyaları Federasiyası (AFFA) tərəfindən birgə təşkil olunmuş bələdiyyə kuboku uğrunda turnirin qaliblərinin şərəfinə tədbir keçirilmişdir.
Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 2 ay ərzində 20-dən çox komanda qələbə uğrunda mübarizə aparmışdır. Təşkilatçılar uşaqların asudə vaxtının maraqlı təşkilinə kömək edən yarışların uğurla keçirilməsi üçün səy göstərmişlər. Bütün idmançılar və məşqçilər pulsuz olaraq idman geyimi, komandalar isə topla təmin edilmişlər.
Ə.Babayevin fikrincə, Sumqayıt futbolunun coğrafiyasını genişləndirmək olar. Sumqayıt bələdiyyəsinin sədri demişdir ki, bu yaxınlarda qardaşlaşmış şəhərlərin komandaları arasında beynəlxalq yoldaşlıq yarışları keçiriləcəkdir. Kubokun sahibini - şəhərin 5-ci məhəlləsinin komandasını və mükafatçıları Sumqayıt İdman və Gənclər İdarəsi sədrinin müavini Fazil Məmmədov, AFFA-nın şöbə müdiri Əli Hüseynov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, habelə Sumqayıtın idman ictimaiyyətinin nümayəndələri təbrik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]