Sumqayıt Kimya Sənaye Parkına 300 milyon manatdan çox investisiyanın yatırılması planlaşdırılır
Bakı, 21 dekabr, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının (İqtisadi Zonaların İnkişafı Agentliyi) yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 mindən çox insan daimi işlə təmin olunub. Əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.