Sumqayıtda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 31 mart, AZƏRTAC
Sumqayıtda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 30-da gecə saatlarında Sumqayıt şəhərində bir nəfərin içərisində 1848 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Soyğunçuluq əməlində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elçin İsgəndərov Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:04]
ABŞ-dan olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB
- 08.10.2026 [14:35]
GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb
- 08.10.2026 [13:27]
Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [13:07]