Sumqayıtda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Sumqayıt, 4 mart, AZƏRTAC
Sumqayıtda bu axşam yaşayış binasında partlayış olub, xəsarət alanlar var. Hadisə şəhərin 9-cu mikrorayonunda ev 71, mənzil 33 ünvanında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib. İnsident nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.