Superliqa hakiminin avtomobilində narkotik aşkarlanıb
Bakı, 14 aprel, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında çalışan adı açıqlanmayan hakimin avtomobilində narkotik aşkarlandığı və hadisənin ört-basdır edildiyi iddia olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ömər Faruk Ünak məlumat yayıb. O, ötən həftə referinin avtomobilində aparılan axtarış zamanı qadağan olunmuş maddələrin tapıldığını və bu səbəbdən Kuşadası polis məntəqəsində saxlanıldığını bildirib.
İddiaya görə, hadisə zamanı Superliqa hakiminin yanında olan qadın həmin maddənin ona aid olduğunu söyləyib.
Baş verən hadisədən sonra referinin hadisəni ört-basdır etmək üçün Türkiyə Futbol Federasiyasının qərargahı olan Riva ilə əlaqə saxladığı bildirilir.
Sözügedən hakimin kimliyinin bu gün açıqlanacağı qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]