Suraxanı rayonunda sakinlərlə COVID-19-la bağlı maarifləndirici söhbətlər aparılıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsinin əməkdaşları sakinlərin daha sıx cəmləşdiyi parkların birində könüllülərlə birlikdə maarifləndirmə tədbiri keçirib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə sakinlərə yeni növ koronavirus (COVID-19) infeksiyası, onun sağlamlığa mənfi təsiri, virusa yoluxmaqdan qorunma yolları, bu sahədə mühüm rol oynayan peyvəndləmənin əhəmiyyəti ilə əlaqədar profilaktik söhbətlər aparılıb.
Tədbirdə əhaliyə bukletlər paylanılıb, zərurət olmadığı hallarda küçələrə çıxmamaq tövsiyə olunub və gigiyenik qaydalara əməl etmək, maska taxmaq, sosial məsafə saxlamaq qaydaları haqqında məlumat verilib.
AZƏRTAC-0-