Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin saxlanılıb VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11 min 500 manat pulu talayaraq ələ keçirib.
Suraxanı Rayon Polis İdarəsi 32-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar nəticəsində V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]