SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ
Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin hərtərəfli inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Suriya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 may 2007-ci il.