Suriyadan Türkiyə ərazisinə atılan raketlər nəticəsində 2 nəfər həlak olub
İstanbul, 25 yanvar, AZƏRTAC
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə atılan raketlər nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Həlak olanlardan biri Türkiyədə sığınacaq tapan suriyalıdır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, PYD/PKK terrorçu birləşməsi tərəfindən atılan raketlərdən biri məscidin kümbəzini deşərək içəri düşüb. Yaralılardan altısının vəziyyəti ağırdır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 5 gündür ki, Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatı aparır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]