SURİYANIN PREZİDENTİ RƏSMİ SƏFƏRLƏ TÜRKİYƏYƏ GƏLMİŞDİR
Türkiyənin prezidenti Əhməd Necdət Sezər Suriyanın prezidenti Bəşər Əsədi Çankaya iqamətgahında qəbul etmişdir. Görüşdə dünyada və regionda mövcud vəziyyət, iki ölkə arasındakı münasibətlər haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.
Təkbətək görüşdən sonra heyətlərarası danışıqlar olmuşdur.
Elə həmin gün Suriya Respublikasının prezidenti Bəşər Əsəd Çankayadakı “Camlı köşk” iqamətgahında Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arıncı və Baş nazir Rəcəb Tayyib Ərdoğanı qəbul etmişdir.
Rəsmi səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində bir sıra sazişlər imzalanacaqdır.
Yanvarın 6-da, Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər suriyalı həmkarının şərəfinə Çankaya iqamətgahında ziyafət vermişdir.