Şuşa Dövlət Musiqili Dram Teatrında “İki nəfər üçün oyun” tamaşasının məşqlərinə başlanılmışdır
Bakı, 19 may (AZƏRTAC). Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin (Qaraçuxa) “İki nəfər üçün oyun” tamaşasının yeni təqdimatda məşqlərinə başlanılmışdır.
Elçin Hüseynbəyli AZƏRTAC-a bildirmişdir ki, əsərə teatrın baş rejissoru Loğman Kərimov quruluş verir. O, 2007-ci ildə müəllifin “Hamının günahı” əsərini də tamaşaya qoymuşdu.
Dram əsərində rolları Püstəxanım Zeynalova, Nazir Rüstəmov ifa edirlər. Musiqi tərtibatçısı Azad Məmmədovdur.
Tamaşada Bethoven, Motsart, Q.Qarayev və Albinoninin müsiqisindən istifadə olunur. Tamaşanın səhnə təribatında Məryəm Ələkbərlinin rəsm əsərlərindən istifadə ediləcəkdir.
Tamaşanın iyunun sonlarında təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən əsər 2004-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrının səhnəsində də oynanılmışdır. Tamaşanın ilk rejissoru mərhum Hüseynağa Atakişiyev olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]