Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şuşa İli” hansı mədəni əlamətdar hadisələrlə yadda qaldı?

“Şuşa İli” hansı mədəni əlamətdar hadisələrlə yadda qaldı?

Bakı, 29 dekabr, AZƏRTAC

Yola salmağa hazırlaşdığımız “Şuşa İli” beynəlxalq festivallar, sərgilər və yubileylərlə zəngin il oldu. İl ərzində paytaxtımızda, bölgələrdə, eləcə də 270 yaşlı mədəniyyət paytaxtımız Şuşada bir-birindən maraqlı və yaddaqalan tədbirlər keçirildi.

AZƏRTAC “Şuşa İli” çərçivəsində ölkəmizin mədəni mənzərəsinə nəzər salır, il ərzində mədəni dünyamızda baş verənləri yenidən xatırladır.

Qala-şəhərimiz azadlığına qovuşandan sonra bu il ikinci dəfə ənənəvi “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Ondan çox ölkədən musiqiçi və folklor kollektivləri Şuşanın Cıdır düzündə rəngarəng konsert proqramı nümayiş etdirdilər. Dünyada məşhur şuşalı Üzeyir Hacıbəylinin adını daşıyan, bu il 14-cü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalının bir sıra konsertləri də dahi bəstəkarın yurdunda keçirildi.

Yubiley ilində Şuşa həm də növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə kitab sərgisi nümayiş olundu, Vətən müharibəsinə, Qarabağa, onun tacı Şuşaya həsr edilən nəşrlərin təqdimatı keçirildi.

“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə bu il həm də Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisi bərpa edildi. Bu münasibətlə Şuşada gerçəkləşən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın şairləri ud və qanunun müşayiəti ilə şeirlər söylədilər.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il səkkizinci dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi mədəniyyət paytaxtımızın yubileyinə həsr olundu. Eyni zamanda, nazirlik tərəfindən “Şuşa - 270” xatirə nişanı da təsis edildi.

2022-ci il Azərbaycan mədəniyyət və incəsənətinin, ədəbiyyat və elminin inkişafına mühüm töhfələr vermiş bir sıra şəxsiyyətlərin yubileyləri ilə əlamətdar oldu. Dövlət başçısının müvafiq sərəncamları ilə musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş SSRİ Xalq artistləri, bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin 100, ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri qeyd olundu.

Dünyaşöhrətli bəstəkar Fikrət Əmirovun yubiley tədbirləri UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrdə qeyd olundu. Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş təntənəli musiqi axşamı keçirildi. Bir sıra ölkələrdə konsert və tamaşa nümayişləri gerçəkləşdi. Bunların sırasında Nyu-Yorkdakı “Karnegie Hall”da keçirilən “Dostluq körpüləri” adlı konsert xüsusilə əlamətdar oldu.

2022-ci il həmçinin görkəmli bəstəkar, mədəniyyət xadimi Rauf Hacıyevin 100 illiyi ilə əlamətdar oldu.

Hər iki yubiley münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Fikrət Əmirov - 100” və “Rauf Hacıyev - 100” musiqi festivalları reallaşdı, Bakıda və Gəncədə konsert və tamaşa nümayişləri oldu.

Bundan əlavə, il ərzində görkəmli xanəndələr Sara Qədimova və Şövkət Ələkbərovanın 100, ustad kamança ifaçısı Habil Əliyevin 95, bəstəkar Emin Sabitoğlunun 85, dünyaşöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən sənətkarlardan maestro, Xalq artisti Rauf Abdullayevin 85, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Xalq artistləri - bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanın 60 illiyi qeyd olundu.

Dövlət başçısının sərəncamları ilə bu il həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif və mətbuat xadimi Ömər Faiq Nemanzadənin 150, dahi şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu.

Ağdamdakı “İmarət” kompleksində Natəvanın yenidən ucaldılmış abidəsinin açılışı keçirilib.

Hüseyn Cavidin yubileyi münasibətilə Vaşinqtonda ədibin barelyefinin açılışı oldu. Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub.

Görkəmli şair, pedaqoq, ictimai xadim Əhməd Cavadın 130 illiyi də böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirləri şeirlərində böyük sevgi ilə vəsf etdiyi Türkiyədə, eləcə də Özbəkistanda da keçirildi, həyat və yaradıcılığına həsr olunan kitabların təqdimatı reallaşdı.

Həmçinin dramaturgiyamızın banisi Mirzə Fətəli Axunzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin 180, böyük maarifçi və realist şair Mirzə Ələkbər Sabirin 160, yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 100, Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illiyi və bir sıra mədəniyyət, elm və ədəbiyyat xadiminin yubileyləri qeyd olundu.

Bu il həm də Azərbaycan mədəniyyətində, elmində özünəməxsus yeri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının və İrəvan Müəllimlər Seminariyasının 140 illiyi idi. Hər iki yubileylə əlaqədar dövlət başçısı tərəfindən sərəncamlar imzalanmışdı.

Cari ildə həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edib. Belə ki, on bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı təşkil olunub.

2022-ci ilin dekabrında Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün xüsusilə əlamətdar qərarlar qəbul olunub. Qeyri-maddi mədəni irsi ilə bağlı Azərbaycana məxsus daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Artıq “Şuşa İli” yekunlaşmaq üzrədir. Buna baxmayaraq, qala-şəhərimizin qonaqlı-qaralı günləri hələ qarşıdadır. 2023-cü il Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” kimi böyük bir missiyanı yerinə yetirəcək, şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər təşkil olunacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?