Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO
Şuşa, 27 sentyabr, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şuşa şəhərində Anım Günü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xüsusi Nümayəndəliyin, Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müxbir - Tahir Ağaməmmədov