ŞUŞALILAR QƏHRƏMAN ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİ ANMIŞLAR
Bakı, 28 yanvar (AZƏRTAC). Yanvarın 28-də Şuşa Mədəni-Maarif Texnikumu və Şuşa Teatrı kollektivlərinin təşəbbüsü ilə 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı, həmin il yanvarın 28-də Şuşa səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuş oğul və qızlarımızın xatirələrini anma mərasimi keçirilmişdir.
Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Texnikumun direktor müavini Könül Hüseynova hər iki qanlı hadisə barədə qısa məlumat vermişdir.
Çıxışlarda erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri soyqırım və cinayətlər vurğulanmış, bu qanlı faciələrin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi qeyd edilmişdir. Bildirilmişdir ki, o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, orduda vahid komandanlığın olmaması bu kimi faciələrin baş verməsi ilə nəticələnmişdir.
Tədbir Şuşa Mədəni-Maarif Texnikumu tələbələrinin və Şuşa Teatrı aktyorlarının ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]