SVERDLOVSKLI MÜŞAHİDƏÇİLƏR ATƏT NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNƏ VERDİKLƏRİ QİYMƏTİ QƏRƏZLİ HESAB EDİRLƏR
Dubiçevin sözlərinə görə, ATƏT nümayəndələri seçkilərə gələn vətəndaşlara, məntəqə seçki komissiyalarının əməkdaşlarına nəzakətsiz yanaşırdılar. Bundan başqa, onlar heç bir pozuntu olmayan yerdə pozuntular tapmağa çalışırdılar. O demişdir: “Məntəqə seçki komissiyalarının əməkdaşları seçkilərə gələn hər bir sakinin adının qarşısında siyahıda işarə qoyurdular. Beləliklə, seçkilərin təşkilatçıları eyni bir şəxsin bir neçə dəfə səs verməsinin qarşısını almağa çalışırdılar. Amma ATƏT nümayəndələri bunu qanunsuz adlandırırdılar. Respublika Mərkəzi Seçki Komissiyası seçki prosesini maksimum açıq və şəffaf etmək üçün seçicilərin bütün siyahılarını internetdə yerləşdirmişdir”.
Dubiçev daha sonra demişdir: “Bizdə elə təsəvvür yarandı ki, ATƏT-dən olan müşahidəçilər Azərbaycan parlamentinə seçkilərin nəticələri barədə əvvəlcədən mənfi əhval-ruhiyyədə idilər. Onlar son dərəcə əsəbi idilər, özlərini nəzakətsiz və qeyri-diplomatik aparırdılar”.
Sverdlovsk Vilayət Dumasının deputatı, müşahidəçi Vera Sokolkina isə bildirmişdir ki, ATƏT nümayəndələri Azərbaycanda özlərini Ukrayna və Qırğızıstanda prezident seçkilərində olduğu kimi, çox davakar aparırdılar.