Tacikistan nəqliyyat sahəsinə 6,3 milyard dollar sərmayə cəlb etməyi planlaşdırır
Bakı, 13 sentyabr, AZƏRTAC
Tacikistan nəqliyyat sahəsində layihələrin reallaşdırılması üçün 6,3 milyard dollar sərmayə cəlb etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Tacikistanın nəqliyyat naziri Azim İbrahim bu barədə Mərkəzi Asiya nəqliyyat qurumları rəhbərlərinin Düşənbədə başlayan ilk iclasında deyib.
“Biz beynəlxalq daşımaların sxeminin və strukturunun təkmilləşməsinə, inteqrasiya effektivliyinə və iqtisadi artıma xidmət edəcək yeni layihələrin reallaşdırılması məqsədilə yaxın illərdə bu sahəyə 6,3 milyard dollar cəlb etməyi planlaşdırırıq”, - deyə tacikistanlı nazir bildirib.
Onun sözlərinə görə, hazırda Çindən Mərkəzi Asiya regionunu keçməklə Avropaya aparan ən qısa yolun - “Tacikistan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə-Avropa” dəhlizinin səmərəli istifadə olunması üzrə aktiv işlər davam edir.
Qeyd edək ki, Mərkəzi Asiya regionunun nəqliyyat nazirlərinin iclası ilk dəfə olaraq sentyabrın 14-15-də baş tutacaq region ölkələri rəhbərlərinin Beşinci Məşvərət Görüşü çərçivəsində keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]