Taekvondoçumuz Cavad Ağayev III Avropa Oyunlarında ilk görüşündə məğlub olub
Krakov, 24 iyun, AZƏRTAC
Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarına uğursuz start verib.
AZƏRTAC xəbər verir ki, turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşündə yunanıstanlı Konstantinos Çamalidislə üz-üzə gəlib. Səkkizdəbir final mərhələsinə təsadüf edən görüşdən idmançımız məğlub ayrılıb - 1:2.
Taekvondo yarışlarının ilk günündə yığmamız iki medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) isə bürünc medal əldə ediblər.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]