Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Budaqov: Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir

Tahir Budaqov: Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir

İqtidar partiyaları arasında münasibətlər heç vaxt bu cür güclü və yüksək səviyyədə olmayıb

Bakı, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Ümumiyyətlə, 15 sentyabr tarixi Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. 103 il bundan əvvəl Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birlikdə Bakı şəhərini bolşevik-daşnak işğalından azad ediblər. Bundan iki gün sonra isə Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakı şəhərinə köçürülməsi tariximizdə böyük hadisədir. Bu hadisə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dərin tarixi köklərə əsaslanır. “Türk şəhidliyi” abidəsini ziyarət etmək, şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək bizim mənəvi borcumuzdur. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə bütün xalqımızı təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin “Türk şəhidliyi” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Bakının işğaldan azad edilməsində 1130 türk əsgərinin şəhid olduğunu vurğulayan Tahir Budaqov bildirib: “Ümumilikdə, Azərbaycan ərazisində o zaman daşnak-bolşevik qüvvələri ilə döyüşlərdə 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və biz hər zaman türk şəhidlərinin xatirəsini uca tuturuq. Bütövlükdə, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1919-cu ildə bu ərazidə “Türk şəhidliyi” abidəsinin bünövrəsi qoyulsa da, 1920-ci ilin aprel ayında bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra abidə ucaldıldı. Bu abidə Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bir rəmzidir. “Türk şəhidliyi” abidəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilən məkana çevrilib”.

Tahir Budaqovun sözlərinə görə, 102 ildən sonra - İkinci Qarabağ müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanın öz torpaqlarını erməni işğalından azad olunmasına güclü mənəvi və siyasi dəstək verdi. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq ifadə edir.

Azərbaycan-Türkiyə münasibətlərinin bu gün strateji müttəfiqlik zirvəsinə yüksəldiyini bildirən YAP Sədrinin müavini qeyd edib: “Bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə arasında dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli, milli maraqlara cavab verən münasibətlər bu gün ən yüksək zirvədədir və heç vaxt indiki qədər möhkəm - güclü olmayıb. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşıdır, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında, eləcə də idxal əməliyyatlarında mühüm yer tutur. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu iqtisadi münasibətlərin səmərəliliyini artırır. Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərində hərbi-texniki əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Xüsusilə də müdafiə sənayesi sahəsində intensiv əlaqələrin və işbirliyinin yaradılması strateji önəm daşıyır. Bütövlükdə isə, iki ölkənin hərbi-strateji əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Cari il iyunun 16-da Şuşa Bəyannaməsinin imzalanması isə tarixi hadisə kimi müttəfiqlik münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər göz önündədir. Bu gün Azərbaycanın güclü və müzəffər ordusu var. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun daha da gücləndirilməsi işi davam etdirilir. Türkiyə bu məsələdə öz dəstəyini göstərir. Son zamanlar keçirilən birgə hərbi təlimlər də bunu nümayiş etdirir. Həmçinin Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında da yaxından iştirak edir. Bütövlükdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icra edilməsi ilə faktiki olaraq Azərbaycanla Türkiyə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Yeni reallıqlar regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığa və inkişafa xidmət edir”.

Tahir Budaqov yeni mərhələdə Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin regional inkişafa və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdırıb. “Postkonflikt mərhələsində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. Bu isə tərəqqi və rifah vəd edir”, - deyən Tahir Budaqov əlavə edib ki, Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri iki ölkənin hakim partiyaları arasında münasibətlərin inkişafının da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, YAP-AK Parti əlaqələrinin intensiv xarakter daşıması Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfədir. T.Budaqov vurğulayıb: “Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlər arasında deyil, iki ölkənin hakim partiyası - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında əlaqələr də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, eyni zamanda tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Səfər zamanı nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Bu səfər çox səmərəli olub və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional baza formalaşdırıb, siyasi əlaqələrin perspektiv inkişafı üçün dönüş nöqtəsi olub. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. AK Partinin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Bundan sonra bizim birgə fəaliyyətimizin dəqiq konturları müəyyən edilib. Eyni zamanda, bu fəaliyyət yalnız siyasi partiyaları əhatə etməyəcək, eləcə də ölkələrimizin vətəndaş cəmiyyəti institutları, müxtəlif ictimai-siyasi təsisatları arasında, beynəlxalq platformalarda əməkdaşlığı da özündə ehtiva edəcək. Gələcəkdə bu istiqamətlərdə işlərimiz davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub