Tahir İksanov: Laçının MDB-nin Mədəniyyət Paytaxtı seçilməsi əlamətdar hadisədir
Laçın, 30 noyabr, Leyla Muradzadə, AZƏRTAC
Laçının 2025-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan edilməsi əhəmiyyətli hadisədir. Bu o deməkdir ki, Laçın əvvəllər bu nüfuzlu statusa layiq görülmüş digər 23 şəhər sırasına qoşulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tahir İksanov “MDB-nin Mədəniyyət Paytaxtı 2025” ilinin bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
“İl ərzində burada canlı mədəni proqramlar həyata keçirilib, onlar digər ölkələrdən yeni dostların cəlb edilməsinə töhfə verib və bu, regionun inkişafı üçün güclü stimul olub. Müasir mərhələdə mədəniyyət geniş mənada iqtisadi inkişafın, turizmin və yaradıcılığın simvolu kimi çıxış edir. Bu proqramın müstəsna əhəmiyyəti onun MDB ölkələrinin müxtəlif xalqlarının mədəniyyətlərini birləşdirməsindədir”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]