Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Mirkişili: Güclü ordu iqtisadi inkişafın təminatçısıdır

Tahir Mirkişili: Güclü ordu iqtisadi inkişafın təminatçısıdır

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və onların havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyası nəticəsində ərazi bütövlüyümüz təmin edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “Güclü ordu iqtisadi inkişafın təminatçısıdır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Prezident İlham Əliyevin ötən 18 illik fəaliyyəti ərzində qarşıya qoyduğu əsas hədəflərdən biri məhz ölkənin hərbi baxımdan güclənməsi və bölgədə ən güclü silahlı qüvvələrə malik olması idi. Dövlətimizin başçısı çıxışlarında vurğulayırdı ki, Azərbaycanın qarşısında hərbi büdcəni artırmaq və Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi durur. 2004-cü ildən bəri Azərbaycan hərbi xərclərini bu hədəfə uyğun olaraq hər il artıraraq ölkə başçısının qarşıya qoyduğu hədəfə çatdı və onu ötüb keçdi. Beləliklə, son 18 ildə Azərbaycanın hərbi xərcləri dəfələrlə artmış oldu. Azərbaycan hərbi xərclərinin artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşdı. Bu hədəf Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində reallaşdı.

Torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək

Bir zamanlar Azərbaycan iqtisadiyyatı Ordumuzun inkişafına, güclənməsinə xidmət edirdisə, bu gün Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əməliyyatlar, şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar yaradıb. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər tarixi-mədəni dəyəri, gözəl təbiəti ilə yanaşı, böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir.

Kənd təsərrüfatının inkişafı üçün də böyük potensial mövcuddur

İşğaldan əvvəl Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təqribən 35-40 faizi bu ərazilərdə istehsal olunurdu. Həmin dövrdə ümumi daxili məhsulun 24 faizi, kartof istehsalının 46 faizi, üzüm istehsalının 41 faizi, süd istehsalının 34 faizi və ət istehsalının 18 faizi məhz bu rayonların payına düşürdü. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması iqtisadiyyatın inkişafı ilə yanaşı həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verəcək.

İşğaldan azad olunmuş ərazilər eyni zamanda yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir

Bölgədə qızıl, mis, dəmir, civə, mərmər, əhəng, mərmər, inşaat materialları üçün geniş xammal bazası var. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyata xas olan sahələrdir. Mövcud mənbələr bu sahələrdə yeni istiqamətlərin inkişafına imkan verəcək. Artıq Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb. Bundan sonra işğaldan azad olunan ərazilərin yeraltı sərvətləri yenidən qiymətləndirilərək Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Azərbaycan qeyd etdiyimiz mövcud təbii sərvətlər vasitəsi ilə bölgədə mədən və metallurgiya sənayesini inkişaf etdirə bilər.

Artıq işğaldan azad olunmuş ərazilərdə sənaye sektorunun inkişafı ilə bağlı işlərə başlanılıb. Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Yeni yaradılacaq Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar fəaliyyət göstərəcək.

İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur

Ağdamda sənaye mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi Cəbrayılda logistika və ticarət mərkəzi, Kəlbəcərdə isə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda təməli qoyulan sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək.

Ağdamın strateji coğrafi mövqeyi, insan resursları və digər potensialı rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Zəngəzur dəhlizi böyük iqtisadi imkanlar açacaq

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq, ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artıracaq, Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. İqtisadi əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması, eyni zamanda işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli dərəcədə təkan verəcək.

Azərbaycan investisiya üçün daha cəlbedici bir ölkəyə çevrilib

Ordumuzun əldə etdiyi möhtəşəm Qələbə sayəsində Azərbaycan investisiya üçün daha cəlbedici bir ölkəyə çevrilib. Bu gün Azərbaycan böyük investorlar üçün daha maraqlı bir ölkədir. Ərazilərin qısa müddət ərzində bərpa olunması bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu ərazilərin təbii resurslarla zəngin olması və qələbə nəticəsində əldə etdiyimiz tarixi imic sərmayə cəlbini daha da sürətləndirəcək.

Ordumuzun bu qələbəsi ölkəmizdə qeyri-neft sektorunun daha sürətlə böyüməsinə təkan verəcək. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizdəki mövcud potensial, kənd təsərrüfatı sahəsindəki imkanlar iqtisadiyyatın bərpasını daha da sürətləndirəcək. Həyata keçiriləcək kompleks tədbirlərlə bölgənin ölkə iqtisadiyyatındakı payını işğaldan əvvəlki səviyyəyə gətirə və davamlı olaraq artıra bilərik. Burada dövlət təşəbbüskarlığı ilə yanaşı dövlət-özəl sektor tərəfdaşlığı da vacibdir. Bütövlükdə bölgədə həyata keçiriləcək tikinti və bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da gücləndirəcək. Beləliklə, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı