Tailandda 80 tibb işçisi COVID-19 infeksiyasına yoluxub
Pekin, 9 aprel, AZƏRTAC
Tailandda 70 tibb işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, ölkədə koronavirusa yoluxanların 3,4 faizi deməkdir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Tailand hökumətinin pandemiya ilə mübarizə məqsədilə yaradılmış xüsusi qərargahı məlumat yayıb. Həmin tibb işçilərinin 50 nəfərinin xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan zaman, 18 nəfərin isə yaşadıqları ərazidə virusa yoluxduqları təsdiqlənib. Digərlərinin harada və necə yoluxmaları bilinmir.
Qeyd edək ki, son məlumata əsasən Tailandda COVID-19 infeksiyasına 2423 nəfər yoluxub, 32 nəfər bu virus səbəbindən ölüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]