Taleh Kərimli: Bakı Metropoliteni və Dəmir Yollarının real əməliyyat çətinliklərinə innovativ həllər tapılacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
Taleh Kərimli qeyd edib ki, “Plug & Play” şirkəti ilə birgə keçirilən “Industry Challenge” vörkşopunun əsas məqsədi innovasiyanı yalnız müzakirə səviyyəsində saxlamaq deyil, dövlət müəssisələrinin konkret əməliyyat problemlərinə real həllər tapmaqdır: “Tədbirin bugünkü və sabahkı mərhələsində Bakı Metropoliteni və ADY-də çalışan sahəvi ekspertlər və əməkdaşlarla görüşlər keçirilərək onların qarşılaşdıqları əsas əməliyyat çətinlikləri müəyyən ediləcək. Daha sonra həmin çətinliklərə uyğun olaraq texnologiya şirkətlərini və startapları bu problemlərin həllinə yönləndirəcəyik. Əsas məqsədimiz əməliyyat çətinliklərini innovasiya, innovativ layihələr və startaplar vasitəsilə həll etməkdir”.
Departament müdiri qeyd edib ki, startapların cəlb olunması zamanı ilk növbədə yerli şirkətlərə üstünlük veriləcək. Uyğun yerli startap olmadığı təqdirdə regional, daha sonra isə beynəlxalq startap və texnologiya şirkətlərinin imkanlarından istifadə olunacaq.
Müxbir - Pərvanə Qafarova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:23]
“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib
- 02.09.2026 [13:52]
® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
- 02.09.2026 [13:29]
“Azexport.az” beynəlxalq mükafata layiq görülüb
- 02.09.2026 [12:48]
Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb
- 02.09.2026 [11:59]
Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır
- 02.09.2026 [10:50]