Tallin və Minsk arasında uçuşlar yenidən dayandırılıb
Tallin, 16 sentyabr, AZƏRTAC
Belarusa məxsus “Belavia” aviaşirkəti Minsk-Tallin-Minsk xətti üzrə həyata keçirilən uçuşları yenidən müvəqqəti dayandırıb.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, Tallin Hava Limanının Ticarət işləri üzrə rəhbəri Eero Pyarqmyaenin sözlərinə görə, buna səbəb Belarusda koronavirusa yoluxma halları sayının yenidən artmasıdır.
“Təəssüf ki, bu səbəbdən Tallin və Minsk arasında uçuşlar hazırda müvəqqəti dayandırılıb. Bu, bizim üçün pis xəbərdir. Avqust ayından başlayaraq bu istiqamət üzrə uçuşlar bərpa olunduqdan sonra sərnişinlərin sayında artım müşahidə olunurdu. Həyata keçirilmiş uçuşlarda qeydə alınan sərnişin sayı barədə rəqəmləri söyləyə bilmərəm, çünki bu, kommersiya sirridir, lakin həmin istiqamət üzrə tələbat yüksək olub. Sərnişinlər təkcə Minsk marşrutu üzrə uçmayıblar. Məsələn, Belarusdan sonra Ukrayna istiqamətində də uçmaq mümkün olub”, - deyə Eero Pyarqmyae bildirib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]